• cümə, 19 Aprel, 00:44
  • Baku Bakı 18°C

Ronaldu mövsümün startınadək "Mançester Yunayted"dən ayrılmaq istəyir

02.08.22 10:00 391
Ronaldu mövsümün startınadək "Mançester Yunayted"dən ayrılmaq istəyir

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında ilk tur matçınadək "Mançester Yunayted"dən getmək istəyir.

"Report" AS-a istinadən xəbər verir ki, Ronaldu üçün mövsümə bir klubda başlayıb, daha sonra başqa komandaya keçməyin qeyri-adi hal olması səbəbindən o, "qırmızı şeytanlar"dan ayrılmaq niyyətindədir.

Meneceri Jorje Mendeş artıq bir neçə həftədir ki, İspaniyanın "Barselona", "Atletiko", İngiltərənin "Çelsi", Almaniyanın "Bavariya", İtaliyanın "Napoli" kimi klubları ilə görüşlər keçirib, danışıqlar aparıb. Ancaq bu klublardan konkret təkliflər gəlməyib.

Qeyd edək ki, "Mançester Yunayted" avqustun 7-də "Brayton"la Premyer Liqanın ilk tur oyununa çıxacaq. Ötən ildən "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldunun hazırkı klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər