• çərşənbə, 17 Aprel, 01:42
  • Baku Bakı 14°C

Robert Levandovski Bundesliqada mövsümün ilk yarısının ən yaxşı futbolçusu seçilib

06.01.20 19:04 634
Robert Levandovski Bundesliqada mövsümün ilk yarısının ən yaxşı futbolçusu seçilib
Almaniyanın "Bavariya” klubunun hücumçusu Robert Levandovski ölkə çempionatında mövsümün ilk yarısının ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, "Kicker” nəşrinin keçirdiyi sorğuda 239 futbolçu iştirak edib. Mövsümün ilk yarısınadək Bundesliqada 19 qol vuran 31 yaşlı polşalı hücumçu səslərin 47,7 faizini toplayıb.
"Leyptsiq”in hücumçusu Timo Verner (14,6 faiz) ikinci, Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Jadon Sanço isə (6,7) üçüncü olub.
Qeyd edək ki, Levandovski "Bavariya”nın heyətində keçirdiyi 25 oyunda 30 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər