AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rio-2016: Azərbaycan idmançılarının VIII günü

Rio-2016: Azərbaycan idmançılarının VIII günü

İdman
12 Avqust 2016, 08:49 1119
Braziliyada Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 24 dəst medalın öz sahibini tapacağı VIII gündə 5 idmançımız mübarizə aparacaq.
 
Onlardan Albert Səlimovla Kamran Şahsuvarlı növbəti döyüşlərinə çıxacaqları halda, Uşanqi Kokaurinin taleyinə bu gün aydınlıq gələcək. Həmçinin, Ruslan Lunyovla Anna Skidan da təsnifat mərhələsində nəyə qadir olduqlarını göstərəcəklər.
 
 
Boks
 
1/8 final
01:15. Albert Səlimov (60 kq) - Sofian Oumiha (Fransa)
01:30. Kamran Şahsuvarlı (75 kq) – Artyom Çebotaryov (Rusiya)
 
Cüdo
 
1/16 final
17:07. Uşanqi Kokauri (+100 kq) – Arturs Nikiforenko (Latviya)
 
Güllə atıcılığı
 
25 m, təsnifat mərhələsi
19:15. Ruslan Lunyov
 
Atletika
 
Çəkicatma, təsnifat mərhələsi
03:40. Anna Skidan