“Real” onu “Barselona”ya da satmağa hazırdır

“Real” onu “Barselona”ya da satmağa hazırdır

İdman
16 May 2019, 13:15 254
Qaret Beyl yayda "Real”ı tərk edə bilər. 
 
Kaspi.az xəbər verir ki, "Real”ın baş məşqçisi Zinəddin Zidan Beylin xidmətində maraqlı deyil. Bunu nəzərə alan "kral klubu”nun rəhbərliyi yeni futbolçuların transferi üçüm maliyyə əldə etməkdən ötrü uelslini satmağı planlaşdırır. 
 
Məlumata görə, "Real”ın prezidenti Florentino Peres Beylin agentinə bildirib ki, onu dünyanın istənilən klubuna, hətta təklif gələrsə, "Barselona”ya da satmağa hazırdırlar. 
 
"Real” Beylin transferindən 80 milyon avro qazanmaq niyyətindədir.