AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Qarabağ" Türkiyədə "Sivasspor"la qarşılaşacaq

İdman
26 Noyabr 2020, 09:30 208
Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, qitəmiqyalı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Avropa Liqasının qrupunda 4-cü matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Türkiyənin "Sivasspor” klubu ilə görüşəcək. Ağdam klubu bu ev matçını qardaş ölkədə keçirəcək. İspaniya "Vilyarreal”ını da İstanbulda qəbul edən "Qarabağ” yenə "Başakşəhər” Fatih Terim Stadionunda qüvvəsini sınayacaq.

İ qrupunun autsayderi olan çempionumuz məğlubiyyət seriyasına son qoymaq üçün meydana çıxacaq. Məğlubiyyət "Qarabağ” üçün son iki turu formallığa çevirəcək. Çünki ardıcıl 4-cü yenilgi 1/16 finala çıxmaq üçün nəzəri şansların da üstündən xətt çəkəcək.

İstanbulda qazanılacaq 1 xal da komandanın qrupda qalmasını rəsmiləşdirə bilər. Bu, "Makkabi”nin evdə uduzmayacağı halda reallaşacaq.
Ağdamlılar 1/16 final arzusu ilə belə tez vidalaşmamaq üçün mütləq qalib gəlməlidir. Müdafiə xəttində ciddi itkilər olan "Qarabağ” kimi onun rəqibi də əsas heyətin bir sıra üzvlərinin xidmətindən məhrumdur. Ölkə çempionatının son oyunlarında yüksək məhsuldarlığı ilə seçilən Qurbanovun yetirmələri zədəlilər Bədavi Hüseynov, Abbas Hüseynov, koronavirusa yoluxanlar Maksim Medvedev, Rahil Məmmədov, cəzalı Filip Ozobiçin yoxluğunda nəticə qazanmağa çalışacaq.
Qeyd edək ki, danimarkalı Yakob Kehletin baş hakimi olduğu matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.