AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Qarabağ" - "Qöteborq" matçını ruslar idarə edəcək

İdman
22 Avqust 2016, 15:55 1033
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ” - "Qöteborq” oyununa hakim təyinatları açıqlanıb. Trend-in məlumatına görə, qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Vladislav Bezborodov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək. Hakimlərin işinə Şimali İrlandiyadan olan Maykl Tomas Ross qiymət verəcək. Matçın UEFA nümayəndəsi belçikalı Coni Vanspauen olacaq.
 
Qeyd edək ki, avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.