AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qalib gəlmək üçün Messini bağlayıblar

Qalib gəlmək üçün Messini bağlayıblar

İdman
03 Mart 2020, 14:15 667
"Real”ın kapitanı Serxio Ramos "Barselona” ilə oyundan sonra (2:0) fikirlərini bildirib. 
 
Kaspi.az xəbər verir ki, Ramos "El klasiko”da dönüş etmək üçün fasilədə verdikləri qərar barədə danışıb. O, Messini bağlamaqla oyunda qalib gəldiklərini bildirib: 
 
"İlk hissənin sonlarında topu rəqibə çox verirdik. Fasilədə qərar gəldik ki, da çox qapalı oynayaq. Bunun xeyrimizə və ya əleyhimizə olacağını düşünmədik, çünki qərar verilmişdi.
 
İkinci hissədə "Barselon” topa nəzarət edirdi, amma təhlükə yarada bilmirdi. Bir qədər sonra isə biz yüksək pressinq tətbiq edərək nəzarətə yiyələndik. 
 
Bundan sonra təhlükəli epizodlar yaratmağa başladıq. Qol vuran kimi isə oyunu öldürməyə çalışdıq. 
 
"Mançester Siti” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxartmışdıq. Messi həmişə qeyr-adi hərəkətlər edir. Bunu həmişə yadda saxlamaq lazımdır. Ona görə də Messiyə böyük diqqət ayırdıq. Onun bütün çıxışlarını bağladıq. Bax, "el klasiko”da bunları etdik”.