PSJ onu Tokioya buraxmayacaq
PSJ-nin
futbolçusu Kilian Mbappe olimpiadada iştirak edə bilməyəcək.
Kaspi.az xəbər
verir ki, Paris klubu Mbappeni Tokioya buraxmaq niyyətində deyil. PSJ rəhbərliyi
bununla bağlı Fransa Futbol Federasiyasına məktub göndərib.
Məktubda qeyd
olunub ki, klub, Kilanı Olimpiadaya buraxmayacaq. Mbappenin adı bir müddət əvvəl
açıqlanana ilkin siyahıda var idi.
Klub rəhbərliyi
hesab edir ki, Kilian olimpiadada iştirak etsə, yeni mövsümə yorğun başlayacaq
ki, bu da onun oyununa mənfi təsir edəcək.