Pike dedi, Ramos cavab verdi
"Barselona”nın
futbolçusu Pike "el klasiko”dan sonra fikirlərini bildirib.
Kaspi.az xəbər
verir ki, Pike ilk hissədə "Real”ın olduqca zəif oynadığını deyib. "Real”ın
kapitanı Ramos da ona cavab verib.
Pike: "İlk hissədə
"Barsa” oyuna nəzarət etdi. İlk yarıdakı "Real” "Santyaqo Bernabeu”da gördüyüm ən
zəif komanda idi.
Mən bunun tənqid
olduğunu iddia etmirəm. "Barselona” da yaxşı oynamadı. Amma biz ilk yarıda əlimizə
düşən imkanlardan yararlansaydıq, "Real”ın
böyük problemləri yaranacaqdı.
Biz
yaralanmışıq, amma ölməmişik. Hesab edirəm ki, La Liqanı qazanacaq gücdəyik”.
Ramos: "Əgər
Pikenin dediyi ki, ilk yarıdakı oyunumuz "zəifdir” deməkdirsə, onda mən hər "el
klasikio”da qalib gəlmək üçün müqavilə bağlamağa hazıram”.