• cümə, 29 Mart, 19:11
  • Baku Bakı 14°C

Onun arvadı ilə bir daha görüşmək istəmir

12.07.19 14:15 8689
Onun arvadı ilə bir daha görüşmək istəmir
"Napoli”nin prezidenti Aurelio De Laurentis "İnter”in futbolçusu Mauro İkardinin komandasına transfer ediləcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Laurentis bu xəbəri cəfəngiyat adlandırıb. O, İkardinin həyat yoldaşı və agenti olan Vando Naro ilə görüşmək istəmədiyini bildirib:
"Bu, böyük cəfəngiyatdır. Mən Vando ilə 3 il əvvəl tanış olmuşam. Onunla bir daha görüşmək istəmirəm.
Bir görüş bəs edib. İndi "Napoli”yə İkardi lazım deyil”.
"İnter” rəhbərliyi bir müddət əvvəl məlumat yayıb ki, İkardi transferə çıxarılıb.
banner

Oxşar Xəbərlər