• şənbə, 20 Aprel, 16:03
  • Baku Bakı 23°C

Onu “Bavariya”ya niyə dəvət etməyiblər?

02.07.20 14:30 738
Onu “Bavariya”ya niyə dəvət etməyiblər?
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge "Liverpul”un baş məşqçisi Yurgen Klopp barədə danışıb.
Kaspi.az xəbər verir ki, Rummenigge Kloppun uğurlarına görə sevindiyini bildirib. O, Yurgeni "Bavariya”ya nəyə görə dəvət etmədiklərini də açıqlayıb:
"Biz hər dəfə baş məşqçi axtaranda Kloppun qüvvədə olan müqaviləsi vardı. Amma onu da yaddan çıxartmayaq ki, biz də son illərdə top-məşqçilərlər – Yupp Haynkes, Pep Qvardiola, Lui van Qal və Hans-Diter Fliklə işləmişik.
Əgər siz məşqçi axtarırsınızsa, o, müəyyən müddət üçün uyğun olmalıdır. Mən həmişə əmin olmuşam ki, K lopp Avropanın 3-4 ən yaxşı məşqçisindən biridir.
O, ÇL-i qazanada çox sevindim. İndi isə Premyer Liqanın qalibi olub. Buna görə də özümü xoşbəxt hiss edirəm”.
banner

Oxşar Xəbərlər