Onları niyə ehtiyatda saxlayıb?
"Mançester Siti”
Çempionlar Liqasının 1/8 finalının ilk qarşılaşmasında səfərdə "Real”a qalib gəlib
– 2:1.
Kaspi.az xəbər
verir ki, "Siti”nin baş məşqçisi Xosep Qvardiola bu oyunda Serxio Aquero ilə
Rahim Sterlinqi ehtiyatda saxlayıb. O, qarşılaşmadan sonra qərarını belə izah
edib:
"Qərar gəldim ki,
Qabrel Jesusu meydana buraxım. Aqueronun da lehinə qərar verə bilərdim. Belə qərarı bir
neçə səbəbə görə qəbul etdim. Əgər dəyişiklik etməyə lüzum olursa, bunu oyunun
gedişində edirik.
Ola bilsin ki,
Rahim Sterlinq 90 dəqiqə oynamağa qadirdir. Amma mən buna əmin deyildim. Ona
görə də belə qərar verdim”.