• cümə, 19 Aprel, 21:19
  • Baku Bakı 24°C

Ona ən böyük problemi Ronaldo yaradırmış

20.05.20 16:00 963
Ona ən böyük problemi Ronaldo yaradırmış
Məşhur italyan mütəxəssis Fabio Kapello "Real”da çalışdığı dönəm barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kapello, ona "kral klubu”nda ən böyük problemi kimin yaratdığını da deyib. O, braziliyalı Ronaldodan gileylənib:
"Ronaldo işlədiyim ən böyük istedad idi. Bir-birimizi başa düşürdük. Ancaq mənə ən çox problem yaradan da məhz o idi.
Hər nə olursa olsun, gecə partiyaları olurdu. Bir dəfə Van Nistelroy dedi: "Cənab, paltardəyişmə otağına alkoqol iyindən girmək olmur”.
Ronaldo "Milan”a keçəndə biz qalib gəlməyə başladıq. Amma etiraf etməliyəm ki, o, böyük istedada sahib idi”.
Ronaldo "Real”da 2002-2007-ci illərdə çıxış edib.
banner

Oxşar Xəbərlər