AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi“ Avropanın “qızıl onluğ“una düşdü

“Neftçi“ Avropanın “qızıl onluğ“una düşdü

İdman
11 İyun 2013, 08:05 1452
Avropa ölkələrinin çempionatlarında "qızıl dubl"a imza atan klubların siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən siyahıda Azərbaycan çempionu “Neftçi” də yer alıb.

Qeyd edək ki, “ağ-qaralar” bu mövsüm Premyer Liqanın qalibi olmaqla yanaşı, kuboka da sahib çıxdı və bir neçə illik həsrətinə son qoydu. Amma “Neftçi” ilə yanaşı, Avropada bu uğura imza atan daha doqquz klub var.

“Qızıl onluq”da yer alan digər klublar bunlardı: “Bayern” (Almaniya), CSKA (Rusiya), Şaxtyor (Ukrayna), Olimpiakos (Yunanıstan), Celtic (Şotlandiya), Legia (Polşa), Dinamo (Tiflis, Gürcüstan), Maribor (Sloveniya), Slovan (Slovakiya).