• cümə, 19 Aprel, 22:50
  • Baku Bakı 24°C

Messi Çe Gevara obrazında

31.03.20 12:23 12585
Messi Çe Gevara obrazında
Fransa nəşri "L’Equipe” manşetinə "Barselona”nın futbolçusu Lionel Messinin şəklini yerləşdirib.
Kaspi.az xəbər verir ki, nəşr Leonu məşhur inqilabçı Ernesto Çe Gevara ilə müqayisə edib. Messi Çe Gevaranın obrazında təqdim olunub.
Bununla da nəşr Leonun avtoritet olduğunu, paltardəyişmə otağında sözünün keçdiyini vurğulayıb. Manşet üçün seçilən başlıq da buna işarədir: "Lionel Messi. Barselonalı Çe”.
Messi və komanda yoldaşları məvaciblərinin 70 faizindən imtina ediblər. Bununla da onlar çətin dönəmdə kluba önəmli yardım etmiş olublar.
banner

Oxşar Xəbərlər