“Messi çoxdan deyib ki, bu səviyyə ilə...”
"Real”ın
sabiq direktoru Xorxe Valdano La Liqadakı durumla bağlı danışıb.
Kaspi.az
xəbər verir ki, Valdano "Barselona”nın oyununa da münasibət bildirib. O,
hazırkı komandanın titul uğrunda mübarizə aparmağa qadir olmadığını vurğulayıb:
"İndiki
"Barselona” heç nə qazana bilməz. Nə La Liqanı, nə də Çempionlar Liqasını.
Messi çoxdan deyib ki, bu səviyyə ilə Avropada uğur qazanmaq olmaz.
Leo
"Barsa” üçün hər şeyi təkbaşına edə bilməz. Ondan həddindən artıq çox şey tələb
edirlər”.
Valdano
1984-87-ci illərdə "Real”da oynayıb. 1994-96-cı illərdə komandanın baş məşqçisi,
2009-2011-ci illərdə isə direktoru olub.