• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

Maaşları 50 faiz azaltmaq niyyətindədir

18.11.19 14:32 977
Maaşları 50 faiz azaltmaq niyyətindədir
"Napoli”də gərginlik davam edir. Kaspi.az xəbər verir ki, klub prezidenti ilə futbolçular arasında bir müddətdir ki, münaqişə yaşanır. Bu münaqişə azarkeşlərə də sirayət edib. Bir qrup fanat futbolçulara hücum edib.
Məlumata görə, "Napoli”nin prezidenti De Laurentis sərt addımlar atmaq niyyətindədir. O, futbolçuların məvacibini 50 faiz azaltmağı planlaşdırır.
Prezident məsələ ilə bağlı klubun vəkili ilə məsləhətləşməyə başlayıb. Razılaşdırılmış qaydaya görə, məvaciblər yalnız 25 faiz azaldıla bilər.
Ancaq Laurentis istəyini reallaşdırmaq naminə məhkəməyə də üz tutmaq niyyətindədir. Klub rəhbərliyi futbolçulara imicdən istifadəyə görə ödənilən məbləği də dayandırmağı planlaşdırır.
Rəhbərlik hesab edir ki, futbolçuların davranışı klubun imicinə həm İtaliyada, həm də beynəlxalq aləmdə böyük ziyan vurur.
banner

Oxşar Xəbərlər