"Linfild" və "Qarabağ" matçı üçün bütün hakim təyinatları açıqlanıb

İdman
18 Avqust 2019, 13:21 8831
Şimali İrlandiyada "Linfild" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının ilk "pley-off" matçı üçün bütün təyinatlar açıqlanıb.
"Report" xəbər verir ki, avqustun 22-də Belfastdakı "Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust
22:45. "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Zaltser (İsveç)
Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.