AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Klub prezidenti Kloppu elə ittiham etdi ki...

Klub prezidenti Kloppu elə ittiham etdi ki...

İdman
28 Yanvar 2020, 15:33 3046
İngiltərənin 3-cü divizionunda çıxış edən "Akkrinqton Stenli” klubunun prezidenti Endi Holt "Liverpul”un baş məşqçisi Yurgen Kloppu sərt tənqid edib. 
 
Kaspi.az xəbər verir ki, Klopp İngiltərə kubokunun 4-cü raunda qarşılaşacaqları "Şrusberi Taun” ilə oyunda gəncləri meydana buraxıb. Onun bu addımı Enri Holtu qəzəbləndirib. O, Kloppu öz reputasiyasına hörmət etməməkdə ittiham edib: 
 
"Yurgen, siz öz reputasiyanızı zədələdiniz. Siz özünüzü rüsvay edirsiniz. Getdiyiniz yola yenidən baxın. Siz İngiltərə kubokunu öldürürsünüz. 
 
Üstəlik, Liqa kubokunun öldürülməsi ilə bağlı da çağırışlar eşidirik. Siz bizi öldürürsünüz. 
 
Federasiya bu mübarizədə qalib gəlməlidir. Əks təqdirdə, ən nüfuzlu turnirin imicinə zərbə dəyəcək. Buna görə "Liverpul”u sərt cəzalandırmaq lazımdır. Bu, bizim futboldur, onların yox. 
 
Azarkeşlər və hakimiyyət bizim futbol uğrunda mübarizəyə balaşmalıdır. Bizim başqa variantımız yoxdur”.