• cümə, 29 Mart, 09:39
  • Baku Bakı 5°C

İspaniyada azarkeşlər tribunaya qayıdır

02.12.20 09:15 540
İspaniyada azarkeşlər tribunaya qayıdır
İspaniya çempionatında azarkeşlərin stadionlara buraxılacağı vaxt müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Primeranın prezidenti Xavyer Tebas açıqlayıb.
O bildirib ki, artıq gələn ilin yanvarından tribunalarda tamaşaçılar da olacaq. Lakin çempionatda koronavirusla bağlı sərt məhdudiyyətlər də tətbiq ediləcək: "Bəli, biz fanatları qaytaracağıq. Məhdud sayda azarkeşlərdən başlayacağıq. Ümid edirəm ki, buna artıq yanvarda başlayacağıq”.

Qeyd edək ki, azarkeşlərin tribunalara buraxılması martda, koronavirus pandemiyası başlayanda dayandırılıb. Buna baxmayaraq, həvəskar komandaların oyunlarına məhdud sayda tamaşaçı buraxılırdı. Bu, yeni ildən Primera və Sequndaya da şamil ediləcək.
banner

Oxşar Xəbərlər