İnsan kimisə qurban verməzdən öncə dərindən düşünməlidir
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət
adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki
həmsöhbətimiz millət vəkili, filologiya elmləri doktoru, professor Jalə
Əliyevadır. Jalə xanımın sevdiyi əsər Etel Lilian Voyniçin "Ovod” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Etel Lilian Vovniçin "Ovod” romanı sizin sevdiyiniz əsərdir?
– Mən ilk olaraq "Ovod”un Rusiyada çəkilən film versiyasına baxmışdım. Və deyim ki, bir müddət əsərin inqilabi ruhu və eyni zamanda romantikası məni dərin təsir altına almışdı. Baş qəhrəmanın təlatümləri, faciəsi məni silkələmişdi. Romanı isə filmə baxandan sonra oxumuşam. O zaman 14 yaşım vardı. Təbii ki, hər bir əsər öz qəhrəmanına, problemin qoyuluşuna, müəllifin qələminin ustalığına görə oxucunu cəlb edir. Və konkret olaraq bu əsəri isə mənə daha çox əsərin qəhrəmanı olan Ovodun – Arturun taleyi, keşməkeşli həyatı, onun bütün dövrlərdə təmiz qala bilməsi, iradəsi və şəxsiyyəti sevdirdi.
Sizlərdə beləmi zorakıdır Kəlisa? –
Allahın müqəddəs evləri?..
Yəqin elə onunçün da özünüz öz əlinizlə
mıxladınız çaharı-mıx gözəlim İsanı!
O! Mariya! Gözəl Ana! Belə isə,
faydasızdır sizlərdən etina gözləmək,
ah, hava… sevən… müqəddəs!..
Xristian dünyası özü öz müqəddəsin çarmıxa çəkdi, bu baxımdan da yanaşanda mən Ovodu hardasa İsa peyğəmbərə oxşadıram. Amma bir az lokal düşünsək, onların tamam başqa-başqa ideyalarla silahlanmağına, həyatda fərqli dəyərlər uğrunda mübarizə aparmağına baxmayaraq, mən onu Qeysə – Məcnuna da çox bənzədirəm. Həyatının müəyyən dövründən sonra cünunlaşan, sevgisi, inamı daşa dəyən, sanki ağlı başından çıxan Qeys dönüb Məcnun, sevgisini, anasına inamını itirən, atasından etibarsızlıq görən və ətrafını, cəmiyyətini dəyişməyə çalışan Artursa dönüb Ovod olur. Hətta hər ikisinin zahiri də başqalaşır. Yəni onların həm daxili, həm zahiri, hələ üstəlik adları da dəyişir. Bax, bu üç nüans, fikrimcə, onları birləşdirir.
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Etel Lilian Vovniçin "Ovod” romanı sizin sevdiyiniz əsərdir?
– Mən ilk olaraq "Ovod”un Rusiyada çəkilən film versiyasına baxmışdım. Və deyim ki, bir müddət əsərin inqilabi ruhu və eyni zamanda romantikası məni dərin təsir altına almışdı. Baş qəhrəmanın təlatümləri, faciəsi məni silkələmişdi. Romanı isə filmə baxandan sonra oxumuşam. O zaman 14 yaşım vardı. Təbii ki, hər bir əsər öz qəhrəmanına, problemin qoyuluşuna, müəllifin qələminin ustalığına görə oxucunu cəlb edir. Və konkret olaraq bu əsəri isə mənə daha çox əsərin qəhrəmanı olan Ovodun – Arturun taleyi, keşməkeşli həyatı, onun bütün dövrlərdə təmiz qala bilməsi, iradəsi və şəxsiyyəti sevdirdi.
– Baş qəhrəman dini dəyərləri dağıdır, ancaq ədəbi tənqidçilər onu İsa
Məsihə bənzədirlər. Sizcə, baş qəhrəmanın İsa Məsihə bənzədilməsinin kökündə nə
dayanır?
– Bu obrazı zaman-zaman
hardasa mən də İsa Məsihə bənzətmişəm. Amma məsələnin digər tərəfi də var:
deyirsiniz ki, qəhrəman dini dəyərləri dağıdır, ancaq onu İsaya bənzədirlər.
Yəni bu məqam hardasa, ziddiyyətlidir. Məncə qəhrəman dini dəyərləri dağıdarkən
din pərdəsi altında pərdələnib, əslində, Allahı tanımayanlara qarşı mübarizə
aparırdı. Bu baxımdan yanaşanda, dediyiniz ziddiyyət İsa Məsihlə əsərin baş
qəhrəmanı Arturu hardasa eyni bir xəttin üzərinə gətirib çıxarır... – Bu əsər
Azərbaycanda çap olunandan az sonra çox məşhur oldu. 80-ci illərdə insanlarda
pafosa meyli vardı. Əsərin oxucular tərəfindən sevilməsinin bir səbəbi də bu
deyildimi?
– Mənə elə gəlir ki, dünyanın
hansı ölkəsində inqilabi ruh, ab-hava varsa, insanlarda axının arxasınca deyil,
əksinə getmək istəyi baş qaldırıbsa orada bu əsər seviləcək. Əsərin motivi Voyniçin özünün daxilində olan inqilabi ruh,
həmin dövrdə İtaliyada baş verən hadisələr, İtaliyada gənclərin azadlıq
uğurunda mübarizəsi ilə bağlı idi. Yəni, bunu ancaq Azərbaycanla bağlamaq tam
düzgün olmaz. Lakin müəyyən mənada, bəlkə də, həmin dövrün Azərbaycanının
əhvalına, reallığına uyğun olması əsərin sevilmə səbəblərindən biri idi.
Ümumilikdə deyərdim ki, bu əsər ilk dəfə Amerikada nəşr olunandan sonra çox
qısa bir müddətdə məşhurlaşıb, bir ildən sonra tərcümə olunaraq artıq Rusiyada,
eləcə də digər ölkələrdə çap olunub. Bu onu göstərir ki, əsər o qədər uğurlu, o
qədər möhtəşəmdir ki, hər bir ölkə, xalq onu öz dilinə tərcümə etməyi gərəkli
bilib.– Əsərin sonunda keşiş tanrıdan üz döndərir. Bu əsər boyunca
qabardılan "insan Allahdan güclüdür” ideyasının davamıdır, yoxsa mahiyyətində başqa
məna daşıyır?
– Bilirsinizmi, "insan
Allahdan güclüdür” ideyasının özü, arxasınca böyük polemik düşüncələr gətirir.
Mən sırf bu fikrin üzərində dayanmadan keşişin özünün – Arturun doğma atasının
davranışlarıyla bağlı fikirlərimi bildirmək istərdim. Əvvəla əsəri oxunaqlı,
yaddaqalan edən təkcə Artur deyil. Eyni zamanda onunla paralel olaraq həyatını
dinə, kilsəyə, Allaha həsr edən atası Montanellidir. O, Allah yolunda,
sitayişi, etiqadı uğrunda öz doğmaca balasını belə qurban verməyə hazır bir
insandır. Onun üçün Allah hər şeydən alidir, hər kəsdən üstündür. Amma əsərin
sonunda keşişin özünü də, övladını qurban etdiyi dindən üz döndərməsi, əslində,
müəllifin dünyaya bir müraciəti, xitabıdır. İnsan nəyisə, kimisə qurban
verməzdən öncə mütləq dərindən düşünməlidir. Üzdə guya Allahla yaşayıb, amma
həyatda atdığı addımları bununla üst-üstə düşməyən insan birinci növbədə özünü
məhvə məhkumdur. Montanellinin də həyatı belədir. Hesab edirəm ki, bu keşiş
saxta dindarların ümumiləşdirilmiş bir obrazdır. Əsas məsələ "insanın Allahdan
güclü olub-olmaması deyil”, vacibi insanın ruhən Allahdan uzaqlaşmamasıdır.
İnsan daxilindəki Allahı unutmamalı, ən
böyük xof və qorxusu özünün öz vicdanı qarşısındakı dürüstlüyü olmalıdır.
Məncə, müəllif bu cür yaşam meyarını
müdafiə edir. – Dünyanın ən hündür
zirvəsi Voyniçin ana babası Everestin şərəfinə adlandırılıb. Yəni "Ovod” romanı
olmasaydı da bu nəslin adı tarixə düşəcəkdi. "Ovod”suz ədəbiyyat nələrdən xali
olardı, bu əsər dünya ədəbiyyatına nələr qazandırıb?
– Voyniç kifayət qədər məşhur,
ziyalı bir ailədə doğulub, böyüyüb. Uşaqlığı çox çətin keçib, atasının kiçik
yaşlarında itirib. Anası beş qız övladının çox çətinliklərlə tək böyüdüb. Bəzi
mənbələrdə babası, bəzilərində isə anasının əmisi kimi verilən Corc Everest
məşhur alim olub. Və həmin zirvəyə onun adının verilməsi ilə bu nəslin
nümayəndəsi kimi Voyniçin də adı təbii ki, tarixə düşəcəkdi. Amma "Ovod”
özü elə Voyniçə əbədiyaşarlıq bağışladı. Əksər müəlliflərin bütün küliyyatının
içərisində çox vaxt sadəcə bir əsəri onu dünyaya tanıdır. Söhbət əgər məhz
Voyniçdən gedirsə, onun beş romanı var. Amma Voyniçin adı çəkiləndə bütün dünya
"Ovod”u gözünün önünə gətirir. Bu o deməkdir ki, Everest olmasaydı belə,
Voyniçi dünyaya tanıdan və elə Voyniç edən məhz "Ovod” olacaqdı. Bu əsər
dünya ədəbiyyatına elə bir qəhrəman, elə bir obraz bağışlayıb ki, belə
qəhrəmanlar, belə insanlar hər gün yaranmırlar. Müəllif İtaliyanın məşhur
isimləri Cuzeppe Haribalti və Cuzeppe Mardzininin prototipini Ovodun timsalında
yaratsa da, qəhrəmanını sadəcə inqilabçı kimi qələmə almayıb. O, eyni zamanda bu obrazda elə böyük ruh, elə
gözəl insani keyfiyyətlər əks etdirib ki, bu obraz ümumilikdə dünyanın
təmizlənməsini, saflaşmasını, mənəvi cəhətdən daha da arınmasını ifadə edir. Mən Arturu həddindən artıq fetişləşdirmək istəmirəm. Onun səhvləri də, gəncliyindən doğan, sonradan onu
məhvə aparan çılğınlıqları da varıydı. Amma buna baxmayaraq, Voyniç nümunə ola
biləcək bir qəhrəman tipi yaradıb. Ədəbiyyatda bu gün Ovod adlı bir qəhrəman
varsa, sevilirsə, bu əsər təxminən iki əsr əvvəl yazılmasına baxmayaraq, hələ də müxtəlif
dillərə tərcümə olunaraq çap edilirsə, deməli, Voyniç bu obrazı ədəbiyyata
qazandıra bilib.– Yuri Qaqarin,
Valentina Tereşkova kimi qəhrəmanların etirafına görə, bu romandan təsirlənərək
öz sahələrindəki təhlükəli vəziyyətlərə – qorxularına qalib gəliblər. Nikolay
Ostrovski "Polad necə bərkidi?”, Maksim Qorki "Ana” əsərini "Ovod”dan
təsirlənib yazıblar. Siz həyatınızın hansı məqamlarında bu romanı daha çox
xatırlayırsınız?
– Artur cəsarət simvolu olan
bir obrazdır. O, kifayət qədər imkanlıdır, zadəgan ailəsində dünyaya göz açıb.
Lakin bütün rahatlığından, imkanlarından imtina edərək öz əqidəsi uğrunda
döyüşə atılmışdı. Və bu, onun daxilindəki cəsarətin göstəricisidir. Bu cür
cəsarət, bu qüdrət hər kəsə verilmir. Bu
baxımdan bəli, bu əsəri cəsarət təlqin edən roman kimi qəbul etmək olar. Mənə
gəlincə isə, deyə bilərəm ki, bu əsər başdan-ayağa mübarizlik ruhunda yazılmış
bir əsərdir. Amma eyni zamanda da əsərin hər üç hissəsində inanılmaz bir
romantizm var. Dünyanın halı, insanların bir-birinə münasibəti, ata-oğul
münasibətləri, ana-övlad münasibətləri, sevgili münasibətləri, vətən sevgisi,
dost münasibətləri, azadlıq duyğuları – bütün bunlar böyüməkdə olan yeniyetmə
bir qızın düşüncələrinə, – yəni mənə, 14 yaşlı qızcığaza dərin təsir etmişdi və formalaşmağımda müəyyən
ölçüdə bu əsərin də rolu olub. Bu əsər daha qərarlı, daha mətin və eyni zamanda
bir az da romantik olmağıma təsirsiz ötüşməyib.– Sadə Arturdan qəddar
Ovoda dönməsi, Tanrıdan üz çevirməsi və s. qeyd edilir. Qəhrəmanın bu cür
çevrilmələrini nə ilə əlaqələndirirsiniz?
– İnsana birinci növbədə ətraf
mühit təsir edir. Heç bir insan qəddar doğulmur, heç kim dünyaya intiqam
hissiylə, kinlə dolu gəlmir. Hər bir
insanı ətraf mühit istiqamətləndirir. Və Artur da çox çətin, keşməkeşli bir
həyat yaşadı. İnandığı adamlardan zamanın şilləsini yedi, həyatın badalağını daddı.
Və ilk növbədə anasının atasını aldatması reallığı ilə qarşılaşdı, daha sonra
çox sevdiyi, uşaqlığını bir yerdə keçirdiyi Cemmadan uzaqlaşmaq məcburiyyətində
qaldı. Daha sonra qanı-canı bir atası onu etiqadına, dininə qurban verdi.
Əlbəttə, bütün bunlar Arturu qəddarlaşdırmaya bilməzdi. Şəxsi həyatında
yaşadıqları və eyni zamanda ölkəsinin azadlığı uğrunda mübarizəsi və gördüyü
acı həqiqətlər müəyyən zaman kəsiyində onu yavaş-yavaş sərtləşdirərək, təkcə
adını, xarici obrazını dəyişməmişdi, eyni zamanda daxilində də Ovod adını
doğruldan iynəli bir mozalan ruhu yaratmışdı. Amma o, içi qan ağlayarkən, hər
kəsi sancan və daha sonra o sancmanın ağrısını ürəyində hiss edib gizli-gizli
ağlayan – göz yaşlarını saxlaya bilməyən müstəsna incə ruhlu bir
insandır. Necə ki, arı sancır və ölür, Ovodun da iynəsi özünün ölümüdür.– Bu romanı əqidə
uğuruna mübarizəyə yox, antixristianlığa aid əsər hesab edənlər də var...
– Bu əsər Voyniçin Allaha yox,
Allahsızlara etirazı idi. Allahı, dini, tanrını özünə pərdə edib, bu
pərdənin arxasında yaramaz, naqis işlər görənlərə üsyanı idi. Bu gün
din, təriqət pərdəsi adı altında nələr edirlər?! Şərqdə – İslamın beşiyi olan
ərəb ölkələrində nələr baş verir bu gün? Allahu-Əkbər deyib, sonra heç bir
günahı olmayan bələkdəki uşaqları güllədən keçirmək hansı dinə, hansı təriqətə,
hansı islama sığışır?! Bəs dünyaya hökm etmək iddiasında olan Xristianlıq? Öz
ölkəsində oturub özgəsinin torpaqlarına, sərvətinə göz dikmək və bəşəriyyətə
sahib olmaq iddiaları uğrunda günahsız insanları qurban vermək hansı Avropa
dəyərlərinə və hansı dünya dininə yaraşır? Bəzən Voyniçin bu romanını
azad ruh haqqında əsər hesab edirlər. Onun hətta vəsiyyəti belə ruhunun
azadlığından xəbər verirdi. Voyniç öləndə dəfn edilməməsini, yandırılaraq
külünün göyə sovrulmasını vəsiyyət etmişdi. Bu da onun azadlıq istəyi idi. Mən
Voyniçi Allahsız kimi yox, insanların qəlbində və beynində işıq yandıran,
onları düzgün yola çağıran müəllif kimi qiymətləndirirəm.– Romanda deyilir: "Həyat
mənə kilsəylə mübarizə aparmaq üçün verilib. Mən insan deyiləm, bıçağam! Mənə
həyat verməklə siz bıçağı gücləndirirsiniz!”. Sizcə, misal çəkdiyimiz məqamda
mübarizə qəhrəmanı həddən artıq qəddarlaşdırmır ki?
– Aruturun həyatı onu
qəddarlaşdırmışdı. Amma bu sərtlik, qəddarlıq heç kimə qarşı yönəlməmişdi.
Sadəcə qəhrəmanın özünü içəridən, daxildən məhv edirdi. Yəni məntiqlə
yaşadıqları, üzləşdiyi problemlər onu bu
qədər qabalaşdırmalı idi. Bəlkə də, yazıçı bu obrazı məhz o cür görmək istəyib.
Və ona görə də bu dərəcədə qəddarlaşdırıb. Bəlkə də, bir başqa yazıçı bu obraza
daha loyal, daha liberal çalarlar əlavə edərdi. – Əsərin epiqrafında
"İncil”dəndir: "Dərd eləmə, bizdən sənə nə, İsa?!” Əsərin məhz bu epiqrafla
başlamasını ədəbiyyatçılar müxtəlif cür izah edirlər. Bəs bu epiqraf barədə
sizin qənaətiniz nədir?
– Əsərin sonuna doğru atayla
oğulun mükaliməsi var. Orda baş qəhrəman atasını qınayarkən İsa peyğəmbəri
xatırlayır. Bəlkə də, elə yazıçı əsərin əvvəlini başlayarkən sonla başlanğıc
arasında bir paralellik aparmaq istəyib. "Dərd eləmə, bizdən sənə nə,
İsa?!" fikri xatırlanır və İsaya, dininə
görə övladını qurban verən atasına, bəlkə də, bu, elə əsərin əvvəlində
verilən bir cavab idi: Yəni sən öz övladını belə dininə və İsa peyğəmbərin
yoluna qurban verə bildin. Çox güman ki, epiqraf bu mənanı ifadə edir. – Bəzi
tənqidçilər bu əsərin ruhunda şeytani ab-havanın da olduğunu yazırlar. Sizcə,
şeytan hansı obrazın zatındadır, yoxsa, ümumiyyətlə, şeytanla bağlı bu fikri
rədd edirsiniz?
– Mən bu əsəri heç vaxt
şeytaniliklə əlaqələndirməmişəm. Bilirsinizmi,
əsərdə qəhrəmanların taleyini sanki gözəgörünməz bir qüvvə idarə edir. Əsəri
oxuduqca düşünürsən ki, bax indi nə isə yaxşı bir təsadüf olacaq, kələfin ucu
tapılacaq: ata oğulu, oğul da atanı tanıyandan sonra münasibətlər dəyişəcək,
vəziyyət düzələcək, nəhayət Arturun üzü güləcək, amma bir anda yenə hər şey
pozulur, yenə hər şey kökündən mənfiyə
doğru dəyişir. Məsələn, Cemmayla görüşəcəkləri, barışacaqları anda yenə ortaya
bir maneə çıxır, münasibətləri alınmır. Bəlkə də, Mantanellinin dilindən çıxa
biləcək bircə kəlməylə o, edamdan qurtula bilərdi. Amma yenə də Artura ölüm
hökmü verilir. Bütün bunları əsər boyu hansısa gözəgörünməz bir qüvvə idarə
edir. Bəlkə də, bu məqamlara görə sanki şeytani bir gücün, şeytani bir ruhun
olduğunu deyirlər. Amma mən əsərdəki bu kimi halları şeytani qüvvə ilə yox, acı
təsadüflərlə əlaqələndirirəm. Kaş ki, vaxtında Mantanelli qəlbindəki daşı ata,
Artur müəyyən inadlarından dönə biləydi.– Voyniç
bu roman barədəki qeydlərindən birində yazır: "Obrazın necə yarandığı haqqında
danışmaq çox çətindir! Luvr qalereyasında gəzişirdim. İtalyan rəssamı
Françabiconun portretini gördüm. O mənim o dəqiqə xoşuma gəldi. Sürətini aldım,
divardan asdım. Kədərli və cəsur siması vardı. Bu Artur idi. Yazanda ona
baxırdım”. Siz əsərdəki obrazı kimə bənzədərdiniz?
– Ovodu müqəddəs bir obraz
kimi qəbul edirəm. Nə olsun ki, o, özü dinə qarşı mübarizə aparırdı?! İsa
peyğəmbər çarmıxa çəkildi – dini uğrunda, xalqı uğrunda mübarizədə dindaşları
tərəfindən cəzalandırıldı. Mən Nurəngiz Günün "Xocalı simfoniyası”ndan misal
çəkim:Sizlərdə beləmi zorakıdır Kəlisa? –
Allahın müqəddəs evləri?..
Yəqin elə onunçün da özünüz öz əlinizlə
mıxladınız çaharı-mıx gözəlim İsanı!
O! Mariya! Gözəl Ana! Belə isə,
faydasızdır sizlərdən etina gözləmək,
ah, hava… sevən… müqəddəs!..
Xristian dünyası özü öz müqəddəsin çarmıxa çəkdi, bu baxımdan da yanaşanda mən Ovodu hardasa İsa peyğəmbərə oxşadıram. Amma bir az lokal düşünsək, onların tamam başqa-başqa ideyalarla silahlanmağına, həyatda fərqli dəyərlər uğrunda mübarizə aparmağına baxmayaraq, mən onu Qeysə – Məcnuna da çox bənzədirəm. Həyatının müəyyən dövründən sonra cünunlaşan, sevgisi, inamı daşa dəyən, sanki ağlı başından çıxan Qeys dönüb Məcnun, sevgisini, anasına inamını itirən, atasından etibarsızlıq görən və ətrafını, cəmiyyətini dəyişməyə çalışan Artursa dönüb Ovod olur. Hətta hər ikisinin zahiri də başqalaşır. Yəni onların həm daxili, həm zahiri, hələ üstəlik adları da dəyişir. Bax, bu üç nüans, fikrimcə, onları birləşdirir.
– Sizcə,
19 yaşlı qəhrəmanda inqilaba can atma, kilsəyə və onun xadimlərinə
nifrət hardan yarandı? Londonda "Gənc İtaliya”nın başçısı Cuzeppe Madzini də
yaşayırdı. O, respublikaçı idi, Papa və kralların düşməni sayılırdı. Bu,
Avropanın demokratiya uğrunda ümumi mübarizəsinin də bir hissəsini təşkil
edirdi. Avropa əsasən "Gənc İtaliya” ya rəğbət bəsləyirdi. Məhz elə buna görə
də Voyniç kitabı üçün material kimi bu mübarizənin müxtəlif epizodlarını əsas
götürmüşdü. Bu məqam barədə siz nə düşünürsünüz?
– Yəni demək
istəyirsiniz ki, Voyniç bu əsərin uğurunu tarixi hadisələrə və tarixi
şəxsiyyətlərə borcludur? Əlbəttə bir əsərin yaranmasının mütləq müəyyən bir
ilham mənbəyi, bir səbəbi olur. Amma
həmin hadisələri və ya konkret bir insanı romana, roman qəhrəmanına çevirmək və
ona ölməzlik qazandırmaq yalnız və yalnız müəllifin istedadı və təxəyyülü
sayəsində mümkündür. Bir o qədər də həyat, dünya təcrübəsi olmayan on doqquz
yaşlı bu gənc məncə müəllifin hardasa öz obrazıdır. Baxmayaraq ki, cins
fərqləri var. Mən Ovodda Voyniçin özünü görürəm. Voyniçin uşaqlığından bəri
zaman-zaman qarşılaşdığı haqsızlıqlar, ədalətsizliklər həddindən artıq çox
olub. Xəstələnəndən sonra ailəsi ona baxa bilmədiyinə görə o, səkkiz yaşından
sonra uzun müddət məcbur qalaraq dayısının evində yaşayıb. Və orda çox ciddi
dini qaydalarla qarşılaşıb. Bu vəziyyət onun uşaq qəlbini çox yaralayıb. Mənə elə gəlir ki, qəhrəmanını da
on doqquz yaşında böyük həyata atması müəllifin səkkiz-on yaşında keçirdiyi
daxili iztirabların, özgə evində yaşadıqlarının, gördüyü məhdudiyyətlərin, elə
dinin özünün bu ailəyə gətirdiyi çətinliklərin və nəhayətdə Voyniçin
təhtəlşüurunda qalan hadisələrin məcmusudur. Ona görə də müəllif öz
qəhrəmanını belə gənc təsvir edib. – Əsər, sanki, başqasının şöhrətinin – Madzininin timsalında, – başqasına
da şöhrət gətirməsinə səbəb olur. Bu barədə siz nə düşünürsünüz?
– Mən bu fikirlə razılaşmıram. Hər bir yazıçı kimdənsə, nədənsə
ilhamlanır və əsərini yaradır. Bəlkə də, Madzini olmasa bir başqa "Ovod”
yaranacaqdı. Ovodun daxili xarakteri, insanlığının tam olaraq Madziniyə aid
olduğunu düşünmürəm. Madzini sadəcə bir inqilabçıdır. Onun həyatı,
tərcümeyi-halı tam olaraq Atrurun tərcümeyi-halı deyil. Ona görə də onun
şöhrəti sayəsində Voyniçin də şöhrətləndiyini düşünmürəm. Mən bu yazıçını çox
sevirəm və söhbətimiz boyu fikir verdinizsə, "Ovod”u təhlil etməkdən çox,
Voyniçin həyat və yaradıcılığından danışıram. Çünki, həqiqətən də, çox güclü
bir qələm, güclü bir təxəyyül, təfəkkür sahibi olan yazıçıdır. Düşünürəm
ki, Madzini olmasaydı belə, yenə də Voyniç bu əsəri yaradacaqdı və Ovodun sırf
insani, daxili keyfiyyətləri ilə qələmə alınması sayəsində yenə də o, öz
şöhrətini qazanmış olacaqdı. – Arturun Cemmaya
qarşı sevgisində, Arturun Montanelliylə münasibətlərinin təsvirlərində çoxlu
romantik təxəyyül məhsulu – uydurmalar var. Bu, əsərin romantik ruhu ilə
bağlıdır, yoxsa?
– Romanın bütün
inqilabi prosesiylə yanaşı, Artur və Cemma, Artur və Montonelli ayrıca bir
xətdir və bu romantika, əlbəttə, yazıçının əsəri yaratmaq bacarığından,
qələmindən doğan məsələdir. Hər yazıçı romantikanı bir şəkildə xəyal edə, bir
şəkildə uydura bilər. Bu da Voyniçə xas romantika, ona məxsus uydurmalardır.
Burada "həddindən artıqlıq" da görə bilmirəm. Çünki qəhrəman özü də, xarakteri də qəliblərə sığmır. Artur
həddindən artıq emosiyaldır, bəzən qabadır, amma eyni zamanda da daxilindəki
uşaqlığı, saflığı qoruyub saxlaya bilir. Əsərdə romantiklik lazım olduğundan
daha artıq verilibsə, bu, müəllifin yaratdığı obrazın bir insan kimi çox
fərqli, insani keyfiyyətlərinin yüksək olması ilə bağlıdır. Söhbətləşdi: Fərid Hüseyn