"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib adını qazanıb
Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"ndə qaliblərin siyahısında "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı var.
Qaliblər arasında "Kaspi" qəzetinin əməkdaşı Aygün Cəfərova da (ən yaxşı müsahibə) var.
Bundan başqa "Oxu.az" saytının əməkdaşı Məhərrəm Əliyev (ən yaxşı reportaj), "Report"un əməkdaşları Sevil Gülməmmədova (ən yaxşı ictimai-siyasi təhlil) və Səlcuq Elçin (ən yaxşı jurnalist araşdırması), "Baku TV"dən isə Ceyhun Piriyev (Ən yaxşı sosial-iqtisadi reportaj) və Sümbül Hüseynova da (Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj) qalib adını qazanıb.