• şənbə, 20 Iyun, 01:23
  • Baku Bakı 28°C

Utilizasiyaya verilən avtomobillərin sayı açıqlanıb

20.06.26 00:10 16
Utilizasiyaya verilən avtomobillərin sayı açıqlanıb

Ölkəmizdə 2024-cü ildə 1966, 2025-ci ildə 19 min 840, 2026-cı ilin ötən dövründə isə 13 min 330 nəqliyyat vasitəsi utilizasiya üçün təhvil verilib.

Bu barədə Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev məlumat verib. O bildirib ki, həmin nəqliyyat vasitələri qeydiyyatdan çıxarılıb və indiyə qədər onlardan 30 mini utilizasiya olunub.

Aslan Hacıyev deyib ki, utilizasiya proqramı köhnə və texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması yolu ilə həm yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə, həm də ətraf mühitə atılan zərərli tullantıların azaldılmasına mühüm töhfə verir. O bildirib ki, köhnə nəqliyyat vasitələrinin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin artırılmasına, texniki nasaz nəqliyyat vasitələrinin yollardan uzaqlaşdırılmasına, atmosferə atılan zərərli qaz və tullantıların azaldılmasına, ətraf mühitin qorunmasına, avtomobil parkının yenilənməsinə kömək edir.

banner

Oxşar Xəbərlər