AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənc savatçılarımız beynəlxalq turnirdə yarışacaqlar

Gənc savatçılarımız beynəlxalq turnirdə yarışacaqlar

İdman
15 Fevral 2020, 11:45 2101
Fevralın 15-16-da Gürcüstanın paytaxtı Tbilisidə savat (Fransa boksu) üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi Orxan Rzalı (46 kq), Əziz Əzizli (48 kq), Elvin Qurbanov (48 kq), Ömər Rahimov (50 kq), Həsən Həsənzadə (53 kq), Ümid Rəhimov (63), Kamil Balaşov (70 kq) və Seymur Yusifov (70 kq) təmsil edəcək.
Turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, İran və Ermənistan idmançıları iştirak edəcəklər.
Qeyd edək ki, yarışda milli komandamız Əməkdar məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparacaq.