• bazar ertəsi, 05 may, 09:37
  • Baku Bakı 17°C

Ən azı 7 futbolçu “Valensiya” ilə oyunu satıb

04.06.19 10:53 597
Ən azı 7 futbolçu “Valensiya” ilə oyunu satıb
İspaniya futbolunda oyun alqı-satqısı ilə bağlı qalmaqal yaşanır.
Kaspi.az xəbər verir ki, "Valyadolid”in ən azı 7 futbolçusu La Liqanın 38-ci turunda "Valensiya” ilə keçirilən qarşılaşmada qəsdən uduzmaqda ittiham olunur. İttiham olunanlar arasında karyerasını davam etdirənlərlə yanaşı, sabiq futbolçular da var.
Danışıqların təşkilatçısının "Real”ın sabiq futbolçusu Raul Bravo olduğu bildirilir. Şərtə görə, "Valyadolid”in futbolçuları "Valensiya” ilə qarşılaşmada rəqibin hər iki hissədə qələbəsini təmin etməliymişlər.
Buna görə, futbolçular bukmeker kontorlarına pul yatırıblar. Tələb yerinə yetirilib. "Valensiya” 2:0 hesabı ilə qalib gələrək, çempionatda 4-cü yeri tutub və ÇL-ə vəsiqə qazanıb.
Bu plan "Valyadolid”in kapitanı Borxo Fernandes tərəfindən razılaşdırılıb. O, buna görə 50 min dollar alıb. Fernandes "Valyadolid”də son mövsümünü keçirib və çempionat yekunlaşdıqdan sonra komandanı tərk edib.
Klub rəsmilərinin razılaşmada iştirak etmədiyi bildirilir.
banner

Oxşar Xəbərlər