Çempionat başlayanda dəyişiklik etmək istəyirlər
Koronavirusa
görə dayandırılan İngiltərə çempionatı davam etdirilərkən qaydalarda dəyişiklik
edilə bilər.
Kaspi.az
xəbər verir ki, klubların baş məşqçiləri qarşılaşmalar zamanı əvəzetmələrin
artırılmasını istəyirlər. Liqa rəhəbrliyi də bu təklifi dəstəkləyir.
Baş məşqçilər
hesab edirlər ki, çempionat bərpa edildikdən sonra olduqca sıx qarfiklə üzləşəcəklər.
Bu da futbolçuların zədələnməsinə səbəb olacaq.
Bu riski
nəzərə alaraq, mütəxəssislər əvəzetmələrin artırılmasını təklif ediblər.