Bu gün “Qarabağ” APOEL klubu ilə cavab görüşü keçirəcək

Bu gün “Qarabağ” APOEL klubu ilə cavab görüşü keçirəcək

İdman
13 Avqust 2019, 13:59 16091
Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ” futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək.
 
Trend-in məlumatına görə, cavab görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
 
Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada "Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.