Borc yarım milyarda çatır

Borc yarım milyarda çatır

İdman
19 Noyabr 2019, 15:00 1697
"Mançester Yunayted”in borcu günü-gündən artır. 
 
Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında iştirak edə bilməyən MY maliyyə baxımından xeyli ziyana düşüb. Klubun borcu 450 milyon avroya çatıb. 
 
Klubun maliyyəçiləri 2020-ci ildə gəlirlərin 650 milyon avroya düşəcəyini proqnozlaşdırırlar. Ötən il gəlir 734 milyon avro olmuşdu.  
 
Klubun teleyayımdan gələn gəlirləri də 23 faiz azalıb. MY 12 turdan sonra 16 xal toplayaraq, 7-ci pillədə qərarlaşıb.