• cümə axşamı, 25 aprel, 16:16
  • Baku Bakı 23°C

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir

16.02.20 14:15 2354
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTACxəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır.
Turnirin birinci günündə təsnifat yarışlarında uğurlar çıxış edən gimnastlar bu gün medallar uğrunda mübarizə aparacaqlar.
Əvvəlcə qadın və kişi batutçuların fərdi yarışlarında qaliblərin adına aydınlıq gələcək. Sonra kişi və qadın tamblinqçilər öz aralarında ən güclünü müəyyənləşdirəcəklər. Medallar uğrunda Azərbaycan təmsilçisi Fərid Mustafayev da mübarizə aparacaq. Dünya kubokuna batut gimnastikası üzrə kişi və qadın sinxron cütlüklərin final yarışı ilə yekun vurulacaq.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.
banner

Oxşar Xəbərlər