AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək

Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək

İdman
13 Mart 2021, 15:30 921
Azərbaycan milli komandası bədii gimnastika üzrə 37-ci Avropa çempionatında iştirak edəcək.
Trend-in Avropa Gimnastika Federasiyasına istinadən məlumatına görə, çempionat iyunun 9-dan 13-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək.
İlkin siyahıya əsasən, Azərbaycanı yarışda 14 idmançı təmsil edəcək. Böyüklər arasında 8, gənclər arasında 6 gimnast yer alacaq.
Çempionatda 40 ölkədən 350-dən çox gimnast iştirak edə bilər.