AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azarkeşləri ən çox həbs edilən klub

Azarkeşləri ən çox həbs edilən klub

İdman
20 Oktyabr 2020, 13:37 346
İngiltərədə azarkeşləri ən çox həbs olunan klublar müəyyənləşib.
 
Kaspi.az xəbər verir ki, araşdırmanı "Daily Star” nəşri aparıb. Nəşr Daxili İşlər Nazirliyinin hesabatını əsas götürüb.
 
2019/2020 mövsümündə ən çox "Lids” fanatları həbs olunub – 52 dəfə. Onlardan 19-u ictimai asayişi pozduğuna, 15-i spirtli içkilərin qəbulu ilə bağlı qaydalara riayət etmədiyinə, 10-u ixtişaş törətdiyinə görə həbs edilib.
 
"Birmingem Siti”nin fanatları 49 dəfə həbsxanaya düşməli olub. 3-cü pillədə "Bolton” fanatları qərarlaşıb – 45.
 
Hüququ-mühafizə orqanlarını fanatların həbsinin artması halları narahat edir. Bir il əvvəl "Lids”in 49 azarkeşinin yolu həbsxanaya düşmüşdü. Digər klubların fanatlarının da həbs edilməsi halları artıb.