“Arsenal”ın ulduzu: Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək
Mayın 29-da
Bakıda Avropa Liqasının final qarşılaşması keçiriləcək.
Kaspi.az xəbər
verir ki, finalda oynayacaq komandalardan biri – "arsenal”ın türk ulduzu Məsut
Özil qarşılaşma ilə bağlı paylaşım edib. O, "instaqram” səhifəsində Bakının şəkillərini
paylaşaraq belə yazıb:
"Bakıda keçiriləcək
böyük finala 7 gün qaldı. Azərbaycanlı qardaşlarım, biz bunu bacardıq, biz
finaldayıq! Bakıda görüşənədək!”