Adil medalını satmayıb
Bir müddət əvvəl məlumat
yayılmışdı ki, Fransa yığmasının üzvlərindən biri DÇ-2018-də qazandığı qızıl
medalı satıb.
Kaspi.az xəbər verir ki,
amma medalı satan futbolçunun adı açıqlanmırdı. Bildirilirdi ki, medal hərracda
66 min avroya satılıb.
Fransa yığmasının heyətində
dünya çempionu olan, hazırda "Soçi” klubunda çıxış edən Adil Rami bildirib ki,
medalı satan futbolçu o deyil. O, bu barədə "instaqram”da belə yazıb:
"Mənim medalım evdədir. Digər
mükafatlarımla birgə böyük sandıqda saxlanılır”.