• cümə, 29 Mart, 11:25
  • Baku Bakı 5°C

Az miqdarda su istehlakının zərəri

15.07.22 17:25 664
Az miqdarda su istehlakının zərəri

Su körpələrdə bədən çəkisinin 75 faizini, yaşlılarda 55 faizini təşkil edir və hüceyrələrin inkişafı üçün vacibdir.

Kaspi.az "Study Finds” tibbi sayta istinadla bildirir ki, gün ərzində 8 stəkan su içilməlidir. Mütəxəssislər suyun orqanizm üçün müstəsna əhəmiyyətə malik olduğunu deyir. Qeyd olunub ki, susuzluq orqanizmdəki mənfi təsirini dərhal büruzə verir: “Belə ki, su çatışmazlığı səbəbindən bədəndə dehidratasiya yəni susuzluq əmələ gəlir. Beynimiz bu vəziyyətdən güclü şəkildə təsirlənir. Tədqiqatlar göstərir ki, bədən çəkisinin 1-3 faizini itirmək kimi yüngül dehidratasiya belə beyin fəaliyyətinin bir çox cəhətlərini poza bilər. Yüngül dehidratasiya uşaqların, yaşlı insanların əhval-ruhiyyəsinə, yaddaş və beyin fəaliyyətinə mənfi təsir edir. Dehidratasiya bəzi insanlarda miqrenə və başağrısına da səbəb ola bilər”.

Qeyd olunub ki, az su istehlakı qəbizlik üçün də risk faktordur: “Araşdırma nəticəsində məlum olub ki, 12 həftəlik bir müddət ərzində yeməkdən əvvəl 0,5 litr su içənlər su içməyənlərlə müqayisədə 44 faiz daha artıq çəki itiriblər. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Yaxşı olardı ki, su yeməyə 10-15 dəqiqə qalmış ilıq şəkildə içilsin. Bu halda su 10-15 dəqiqədən sonra mədə şirəsi ilə bərabər şəkildə mədəni tərk edir və həzmolma prosesini sürətləndirir. Suyun zülal tərkibli qidalardan 4 saat, nişastalı qidalardan 2 saat, meyvələrdən 30 dəqiqə sonra içilməsi faydalıdır”.

banner

Oxşar Xəbərlər