AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb

Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb

İdman
26 Noyabr 2020, 09:15 220
Onlayn şahmat üzrə "Skillinq open” turnirində pley-off mərhələsi start götürüb.
 
Apasport.az saytının məlumatına görə, 16 şahmatçının dairəvi sistemlə mübarizəsindən sonra ən yaxşı 8 iştirakçı 1/4 finalda qüvvəsini sınayır.
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə əldə edib. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.

Qeyd edək ki, ikinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.