AZE | RUS | ENG |

Şəhriyar Məmmədyarov Aniş Qiri ilə mübarizə aparacaq

Şəhriyar Məmmədyarov Aniş Qiri ilə mübarizə aparacaq
Avqustun 25-də ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçiriləcək.
 
AZƏRTAC xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda hollandiyalı Aniş Qiri ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, şahmatçımız əvvəlki turlarda olduğu kimi, son görüşü də heç-heçə başa vurub. Yeddinci turda onun rəqibi fransalı Maksim Vaşe-Laqrav olub. Ötən turun digər qarşılaşmaları da heç-heçə başa çatıb. Səkkizinci turun digər qarşılaşmalarında amerikalı şahmatçılar Hikaru Nakamura həmyerlisi Uesli So, Fabiano Karuana Hindistan təmsilçisi Vişvanatan Anand, rusiyalı Sergey Karyakin Maksim Vaşe-Laqrav, rusiyalı Yan Nepomnyaşi ermənistanlı Levon Aronyan, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çinli Dinq Lirenlə mübarizə aparacaq.
 
Ş.Məmmədyarovun yeddi turdan sonra aktivində 3,5 xal var. V.Anand, D.Liren, F.Karuana 4, M.Vaşe-Laqrav, M.Karlsen, S.Karyakin, Y.Nepomnyaşı, U.So 3,5, L.Aronyan, A.Qiri və H.Nakamura 3 xal toplayıblar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964