• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Sabiq “Liverpul”lu xərçəngə qalib gəldi

16.04.19 13:30 592
Sabiq “Liverpul”lu xərçəngə qalib gəldi
"Liverpul”un sabiq futbolçusu Xose Enrike ağır xəstəliyə qalib gəldiyi barədə məlumat verib.
Kaspi.az xəbər verir ki, 2018-ci ilin mayında ispan futbolçuya beyin xərçəngi diaqnozu qoyulmuşdu. Ötən ilin iyun ayında isə əməliyyat olunmuşdu:
"Uşaqlar, bu gün mən yaxşı xəbər almışam. Mənim cərrahım, doktor Simal son analizlərin nəticələrini biləndən sonra zəng etdi. O, mənim təmiz olduğumu təsdiqlədi.
O dedi ki, hər şey təmiz və aladır. Bundan sonra tam sürətlə irəli getmək olar. Bu müddətdə mənə dəstək olan hər kəsə bir daha təşəkkür edirəm”.
Xose Enrike "Nyukasl”, "Selta”, "Vilyarreal” kimi klubların da şərəfini qoruyub. O, karyerasını 2017-ci ildə bitirmişdi.
banner

Oxşar Xəbərlər