Roanldo “instaqram”da da milyonlar qazanır

Roanldo “instaqram”da da milyonlar qazanır

İdman
17 Oktyabr 2019, 11:08 68
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo 2019-cu ildə "instaqram”da hamıdan çox qazanıb.  
 
Kaspi.az xəbər verir ki, Ronaldo il ərzində "instaqram”da 49 reklama görə 44,1 milyon avro gəlir əldə edib. Ikinci yeri "Barselona”nın futbolçusu Lionel Mesi tutub. Onun qazancı 22,2 milyon avro olub. 
 
3-cü pillədə isə 14,4 milyon avroluq gəlirlə model Kendall Cenner qərarlaşıb. Futbol dünyasından Devid Bekhemlə Neymar da "onluq”da yer alıb. İngilisin gəliri 10, braziliyalının qazancı isə 6,5 milyon avro olub.