• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

Qurban Qurbanov: Çalışacağıq ki, maksimum diqqətli olaq

07.11.19 10:45 765
Qurban Qurbanov: Çalışacağıq ki, maksimum diqqətli olaq
Rəqib həddindən artıq istəkli ola bilər. Çünki doğma meydanında oynayacaq.
AZƏRTACxəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Qırx yeddi yaşlı mütəxəssis rəqibə qarşı üstünlük verəcəkləri oyun üslubunu açıqlayıb: "90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
banner

Oxşar Xəbərlər