• şənbə, 20 Aprel, 02:55
  • Baku Bakı 15°C

Qətərin baş məşqçisi: "Azərbaycanla oyuna tam hazırıq"

26.03.21 19:30 1033
Qətərin baş məşqçisi: "Azərbaycanla oyuna tam hazırıq"
"Qrupda keçirəcəyimiz hər bir oyun bizim üçün əhəmiyyətlidir”.
Apasport.az saytının məlumatına görə, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis millimizin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya qarşı (0:1) yaxşı mübarizə apardığını söyləyib: "Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin matç gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün bu qrupdakı komandalarla keçirəcəyimiz hər oyun bizə əlavə təcrübə qazandıracaq”.
İki gün əvvəl yoldaşlıq görüşündə Lüksemburq üzərində 1:0 hesablı qələbə qazandıqları matça da toxunan 46 yaşlı çalışdırıcı yenə hücum futbolu sərgiləyəcəklərini əlavə edib: "Düşünürəm ki, Lüksemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də bir fürsətdir”.
Qətər millisinin qapıçısı Saad Əl-Şib isə Lüksemburqla qarşılaşmada qol buraxmadığı üçün sevincli olduğunu deyib: "Lüksemburqla oyunda mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam. İlk oyunda uğurlu çıxış etməyimdə komanda yoldaşlarımın da köməkliyi oldu”.
Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

banner

Oxşar Xəbərlər