Qəbiristanlıqda hamı üçün yer var
"Sevdiyim
əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər
haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Muş Alparslan Universitetinin
Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı” kafedrasının müdiri filologiya
elmləri doktoru, professor Tamilla Əliyevadır. Tamilla xanımın sevdiyi əsər
Emil Zolyanın "Meyxanə” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Emil Zolyanın "Meyxanə” romanı sizin sevdiyiniz əsərdir?
– Bu əsər hər dövr üçün aktualdır. Nizami Gəncəvi, Yunis Əmrə, Vilyam Şeksprin əsərləri hər dövr üçün təzədir. Məsələn, Nizaminin əsərlərində qoyduğu haqq-ədalət problemi, Yunus Əmrənin humanizm duyğuları və dünyanı qucaqlamaq istəyi, yaxud Şeksprin 66-cı sonetdə dediyi "Qaranlığın işığı divara qısması” məsələsi və s. Emil Zolyanın da bu əsərində qoyduğu problemlər hər dövr üçün dəyərini qoruyub-saxlayır. Dünya durduqca insanlar onların – dahilərin fikirləri ilə həmrəy olduqlarını bildirirlər. Emil Zolya oxucuların bildiyi kimi, naturalist yazıçıdır və ona görə sənət dəlillərini ön planda tutmalıdır. Naturalistlərin fikrincə, həmçinin sənət sadəcə, gözəlliyə deyil, eyni zamanda həqiqətə də xidmət etməlidir. Həyat necə varsa, elə də göstərilməlidir. Həyat fırça ilə gözəlləşdirilməməlidir, qüsurları ilə bərabər əsərdə özünə yer tapmalıdır. Elm adamlarına görə, naturalizm ədəbi cərəyanında əsər yazan yazıçılar hadisələrə bir elm adamı kimi yaxınlaşmalı, obyektiv təqdim etməlidir. O dövr elm adamlarının fikrincə, cəmiyyət və təbiət eyni qanunlarla idarə olunur. Emil Zolya ilə bir dövrdən yaşayan və naturalizm cərəyanı haqqında fikir yürüdənlərə görə, insan zərif mədəniyyət örtüsünə bürünən, ancaq daxilən vəhşi olan bir canlıdır. Biz bu məsələni E.Zolyanın əsərində görürük. E.Zolya "Eksperimental roman” və "Ekran” adlı əsərində naturalizm haqqında vacib fikirləri dilə gətirmişdir. Emil Zolya 25 il ərzində qələmə aldığı 20 romanında, yeni "Ruqonlar və Makkarlar” silsilə əsərlərində bir ailənin taleyini ələ alaraq irsiyyət, qan və mühit məsələsini, eyni zamanda Fransada İkinci İmperiya dövrünü təsvir etməyi qarşısına məqsəd qoymuşdur. E.Zolyanın bu silsilə romanlarına daxil olan və diqqət çəkən əsəri "Tələ”, başqa adı ilə "Meyxanə” romanıdır. "Tələ” romanında diqqətimi çəkən qadın və cəmiyyət məsələsidir. Məncə, bu məsələ irsiyyət və qan məsələsini də önə keçmişdir. E.Zolyanın zamanından bu günə qadınlar hələ də çətin günlərini yaşamaqdadır. Eyni zamanda uşaqlar da analarının çəkdiyi zülmün, çətin həyatın bir parçasıdırlar. Qadın evində xoşbəxtdirsə, təbii ki, uşaqları da xoşbəxtdir. E.Zolya burada bir fikri irəli sürür: İrs və qan. Məsələn, Jervezanın anası da dəli olur, ölür. Jerveza 14 yaşında kişilərlə görüşməyə başlayır, qızı Nana da 14 yaşında kişilərin sevgilisinə çevrilir. E.Zolya bunları göstərməklə irsiyyət və qan məsələsini ortaya qoyur. Eyni zamanda insanları bu günə qoyan amillərdən birinin də meyxanalar olduğunu söyləməkdir. Və yazarın bir fikri bizə M.F.Axundovun "Aldanmış Kəvakib” əsərində Yusif Sərrac obrazını və onun dediklərini xatırlatdı. E.Zolya deyir ki, yoxsulları bu girdaba salan meyxanalardır, onları bağlayın, məktəb açın. Yazıçı bu fikrində haqlıdır, amma onu bu fikrinə görə də tənqid ediblər. Təbii ki, insan elm oxuduqca həyatı dərindən anlayır və həyatın bu cür çətin girdabına düşməkdən özünü qoruyur.
Əsərin əsas qəhrəmanı, baş qəhrəman Jervezadır, bu mənim şəxsi fikrimdir, mən onda bir dəyişiklik görmədim. Lantye də heç dəyişilmədi, sadəcə, hələ Parisə gəlmədən ehtirasını soyutmaq üçün sevginin nə olduğunu anlamayan 14 yaşlı Jervezaya təcavüz edərkən ilk baxışda sevən gənc örtüyünə büründü. Parisə gəldiyində içində 3-5 əşyası olan sandığını alaraq başqa qadına guya aşiq olur, onunla yaşayır.
Bir az Kupoda çevrilmə görünməkdədir. O əvvəlcə namuslu bir işçi idi, içki içməz, alın təriylə pul qazanırdı. Jervezanı zorla yola gətirdi, onu həqiqətən sevdiyinə inandırdı, damdan yıxılmaq, uzun sürə evdə qalıb Jervezanın qazandığını yemək onu dəyişdirdi, içkiyə qurşandı...
Lantyenin Jervezanı tərk etməsi xəbərini analarına uşaqları gətirir. O gün Jerveza camaşırxanada paltar yuyurdu. Lantyenin yanına getdiyi qadının bacısı Vircinya da burada idi. Uşaqlar analarına atalarının sandığını götürüb getdiyini dedikdə Jerveza dəli kimi olur. Bir də Lantye getmədən öncə Jervezadan pul istəyir, yazıq qadın şalını, köynəklərini lombarda qoyub pulunu Lantyeyə verir, o da bu pulla maşın tutub içində əşyaları olan sandığını yeni sevgilisinin evinə götürür. Bu hadisə sadəcə, Jervezanı deyil, əsəri oxuyan oxucunu da dəli vəziyyətə salır.
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Emil Zolyanın "Meyxanə” romanı sizin sevdiyiniz əsərdir?
– Bu əsər hər dövr üçün aktualdır. Nizami Gəncəvi, Yunis Əmrə, Vilyam Şeksprin əsərləri hər dövr üçün təzədir. Məsələn, Nizaminin əsərlərində qoyduğu haqq-ədalət problemi, Yunus Əmrənin humanizm duyğuları və dünyanı qucaqlamaq istəyi, yaxud Şeksprin 66-cı sonetdə dediyi "Qaranlığın işığı divara qısması” məsələsi və s. Emil Zolyanın da bu əsərində qoyduğu problemlər hər dövr üçün dəyərini qoruyub-saxlayır. Dünya durduqca insanlar onların – dahilərin fikirləri ilə həmrəy olduqlarını bildirirlər. Emil Zolya oxucuların bildiyi kimi, naturalist yazıçıdır və ona görə sənət dəlillərini ön planda tutmalıdır. Naturalistlərin fikrincə, həmçinin sənət sadəcə, gözəlliyə deyil, eyni zamanda həqiqətə də xidmət etməlidir. Həyat necə varsa, elə də göstərilməlidir. Həyat fırça ilə gözəlləşdirilməməlidir, qüsurları ilə bərabər əsərdə özünə yer tapmalıdır. Elm adamlarına görə, naturalizm ədəbi cərəyanında əsər yazan yazıçılar hadisələrə bir elm adamı kimi yaxınlaşmalı, obyektiv təqdim etməlidir. O dövr elm adamlarının fikrincə, cəmiyyət və təbiət eyni qanunlarla idarə olunur. Emil Zolya ilə bir dövrdən yaşayan və naturalizm cərəyanı haqqında fikir yürüdənlərə görə, insan zərif mədəniyyət örtüsünə bürünən, ancaq daxilən vəhşi olan bir canlıdır. Biz bu məsələni E.Zolyanın əsərində görürük. E.Zolya "Eksperimental roman” və "Ekran” adlı əsərində naturalizm haqqında vacib fikirləri dilə gətirmişdir. Emil Zolya 25 il ərzində qələmə aldığı 20 romanında, yeni "Ruqonlar və Makkarlar” silsilə əsərlərində bir ailənin taleyini ələ alaraq irsiyyət, qan və mühit məsələsini, eyni zamanda Fransada İkinci İmperiya dövrünü təsvir etməyi qarşısına məqsəd qoymuşdur. E.Zolyanın bu silsilə romanlarına daxil olan və diqqət çəkən əsəri "Tələ”, başqa adı ilə "Meyxanə” romanıdır. "Tələ” romanında diqqətimi çəkən qadın və cəmiyyət məsələsidir. Məncə, bu məsələ irsiyyət və qan məsələsini də önə keçmişdir. E.Zolyanın zamanından bu günə qadınlar hələ də çətin günlərini yaşamaqdadır. Eyni zamanda uşaqlar da analarının çəkdiyi zülmün, çətin həyatın bir parçasıdırlar. Qadın evində xoşbəxtdirsə, təbii ki, uşaqları da xoşbəxtdir. E.Zolya burada bir fikri irəli sürür: İrs və qan. Məsələn, Jervezanın anası da dəli olur, ölür. Jerveza 14 yaşında kişilərlə görüşməyə başlayır, qızı Nana da 14 yaşında kişilərin sevgilisinə çevrilir. E.Zolya bunları göstərməklə irsiyyət və qan məsələsini ortaya qoyur. Eyni zamanda insanları bu günə qoyan amillərdən birinin də meyxanalar olduğunu söyləməkdir. Və yazarın bir fikri bizə M.F.Axundovun "Aldanmış Kəvakib” əsərində Yusif Sərrac obrazını və onun dediklərini xatırlatdı. E.Zolya deyir ki, yoxsulları bu girdaba salan meyxanalardır, onları bağlayın, məktəb açın. Yazıçı bu fikrində haqlıdır, amma onu bu fikrinə görə də tənqid ediblər. Təbii ki, insan elm oxuduqca həyatı dərindən anlayır və həyatın bu cür çətin girdabına düşməkdən özünü qoruyur.
"Meyxana”
əsərində diqqətimi çəkən obraz Jervezadır. Bütün hadisələr onun ətrafında
cərəyan edir. Yazıçının bu qadına, bu obraza sevgisi açıq-aşkar hiss olunur.
Amma bu qadın o dövrdəki bədbəxt qadınların nümunəsidir. O, kişilərin yağlı
dillərinə aldanıb evlənən qadınların sonrakı faciələrinin bir nümunəsidir. Mən
bir oxucu, elm adamı, ədəbiyyatçı olaraq Jervezanı sevdim, onun gücünə heyran
qaldım. Jerveza həyatın çətinliklərinə dözdü. Təkcə Kupo olsaydı, həyatın
çətinliyinə də sinə gərərdi, amma iki kişinin zülmünü çəkmək onu daha da yordu.
Bir də onu yerlə-yeksan edən, saf hislərlə sevdiyi kişi tərəfindən rədd
edilməsidir. Jerveza hər cəhətdən mükəmməl xarakterdir, güclü, vicdanlı, ərinə
sədaqətli qadın, mehriban ana idi. İki kişi onun həyatını faciəyə çevirdi və
çəkdiyi zülmlərin əlindən xilas olmaq üçün ölməsini, Allahdan dilədi. Mən bu
əsərdə əsl həyatı və güclü qadını gördüm. Bu əsəri ona görə sevdim. Bu gün
dünyada Jerveza kimi qadınlar əzilir, haqqı əlindən alınır, aclıq və səfalət
içində yaşayırlar. Bu qadınlar və uşaqlar ətraflarındakı insanlar tərəfindən
şiddətə məruz qalırlar.
Əsərin bədii
keyfiyyətləri məsələsi haqqında da fikrimi öyrənmək istədiniz. Əsərin bədii
keyfiyyətləri onun poetikasına gedib çıxır. Yəni ədəbiyyatşünaslıq
məsələlərinə. O zaman geniş olaraq mövzu, qəhrəmanlar, zaman və məkan, dil və
üslub məsələlərinə toxunmaq lazımdır. Əsər tərcümə olduğu üçün bunların bəzisindən
danışıla bilər, bəzisindən yox. Haqqında danışdığımız yazıçı bu 20 romanında
əsas mövzu olaraq irsiyyət, qan və mühit məsələsini ortaya qoymuşdur. O mühit
deyəndə, Fransanın İkinci İmperiya dövrü nəzərdə tutulur. E.Zolya
qəhrəmanlarını ustalıqla yaratmışdır. Yaratdığı portret çox güclüdür,
Jervezanın və digər qəhrəmanların təsviri, təbiət təsvirləri olduqca güclüdür.
Parisin, Sena çayının, Monomatrın, evlərin, küçələrin, təpələrin təsvirini
yazıçı rəssam kimi verir. Məkan və zaman da yazıçının qələmində güclü təsvir
edilmişdir. Müəllif tarix göstərmədən təbiət hadisələri ilə zamanı oxuyucuya
göstərə bilir. Burada həmçinin fransız xalqının adət-ənənəsini görürük. Ailə
münasibətləri, uşağın doğulması ilə bağlı adətlər, evlənmə, ölü basdırma
adətləri və s. – İlk olaraq romanın adından başlayaq:
Tərcümə olunduğu bütün ölkələrdə romanın adı çaşqınlıq yaradıb. Bəzi
tərcüməçilərin eləcə "L’Assomoir” olaraq saxlandığı romanın adı dəqiq tərcümə
olunmur. Romanın adı Azərbaycanda da əvvəlcə "Tələ” sonra isə "Meyxana” olaraq
verilib. Bu, oxucularda qarışıqlıq, yaxud adı hələ dəqiqləşməmiş romana soyuq
münasibət yarada bilərmi?
– Məncə, romanın
adının "Tələ” və ya "Meyxana” olmasında heç bir qüsur yoxdur. "Tələ”
Jervezagilin yaşadığı küçədəki meyxananın adıdır. Tanınmış Azərbaycan yazıçısı
İsmayıl Şıxlı 1974-cu ildə "Maarif” nəşriyyatında nəşr etdirdiyi "XX əsr xarici
ədəbiyyat tarixi” əsərində də Emil Zolyanın əsərinin adını "Meyxana” kimi
deyil, "Tələ” kimi göstərmişdir. Əsərdəki hadisələr bu əsərin adının "Meyxana”
olmasına, məncə, daha çox rəvac verir. Çünki əsərdəki hadisələr, xüsusilə,
insan həyatının faciəli ölümlə nəticələnməsində səbəb olan hadisələr
meyxanadır. Meyxana adının açıqlanmasına ehtiyac yoxdur. Bəyaz üzlü avropalılar
tərəfindən atəşli suya öyrəşdirilən Amerika hinduları –qızıldərililər nə
deyirdilər: – Bəyaz üzlülər – romanın ruscadan Azərbaycancaya tərcüməsində
bəyaz üzlülərə solğun bənizli də deyilir – bizi atəşli suya öyrəşdirdilər.
Baxın, buradakı atəşli su nə faciələrə səbəb olur. Qızıldərililərlə "Tələ” və
ya "Meyxana” əsərindəki hadisələri müqayisə etsək görəcəyik ki, E.Zolyanın
digər romanlarında olduğu kimi, ən qorxunc vəziyyətə düşənlər elə
fransızlardır. İçki onların mənəvi dünyasını tamamilə dağıdır. Jerveza bir
qarın yemək üçün küçədə durub bədənini satır, qızı Nana da onun kimi. Bu hadisə
bizə tanışdır, çünki E.Zolya xələfi V.Hüqodan təsirlənərək bədənini satan
Fantinaya bənzəyən Jerveza və Nana obrazını yaratmışdır.Bilirsiniz ki,
əsər haqqında məqalə yazanlar müxtəlif fikirlər irəli sürə bilərlər. Məsələn,
romanın adının nə üçün "Tələ” olması sual doğurur. O dövrdə Fransa cəmiyyətində
baş verən siyasi-iqtisadi hadisələr, cəmiyyətin iqtisadi qıtlıq içində yaşadığı
vəziyyət və ya içkinin insanları uçuruma sürüklədiyi də məcazi anlamda bir tələ
sayıla bilər. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Düşünmək olar ki, içki bir
tələdir, insanları şirnikləndirir və onları bu tələnin qısqacına qoyur, onlar
bu qısqacın içində çırpınırlar, çıxa bilmirlər. Yuxarıdakı cavabımda az da olsa
bu mövzuya toxundum. Dedim ki, E.Zolya özü deyir ki, günah meyxanadadır və
dövlətə müraciət edir: Meyxana deyil, məktəb açın. Meyxana həm də insanlar üçün
qurulmuş tələdir, bəzi insanlar "meyxana” adlanan tələni insanları içirib
sərxoş edərək onları soymaq üçün qurublar.
– "Meyxana”nin Fransadan çox Amerikada
sevilməsinin, sizcə, səbəbi nə idi?
– XX əsr
Amerikanın məşhur yazıçısı Drayzerin romanlarında Jerveza kimi obrazlar
yoxdurmu? Günləri meyxanalarda keçən fəhlə sinfi yoxdurmu? Kim inkar edə bilər
ki, əski dünyadan – Avropadan Amerikaya gedən Drayzer Emil Zolyanın romanlarını
oxumamışdı? Təbii ki, oxumuşdu və təsirlənmişdi. Amma təsirlənmək eynilə
"Ruqonlar və Makkarlar” əsərini təqlid etmək demək deyil. Təsirlənib "Kerri
bacı” və "Cenni Herhardt” kimi Amerikanı – yeni dünyanın həyatını, qanunlarını,
cəmiyyətini, iqtisadi vəziyyətini göstərən yeni əsərlər yazdı. Kerri bacı
Nanaya və Jervezanın ətrafındakı qadınlara oxşayır. Cenni bəzi xüsusiyyətlərinə
görə Jervezaya oxşayır. Onun kimi vicdanlı, zəhmətkeşdir. Cek Londonun "Martin
İden” əsərindəki yoxsullar sinfinə daxil olan insanlar eynilə Jervezadakı
yoxsullardır.– Bu romanı Fransa fəhlə sinfinin
naturalistik analizi kimi də təqdim edirlər, əsəri bu cür qəbul etmək olarmı?
– Doğru
qənaətdir. Yazıçı fəhlə sinfinin yaşam şərtlərini, aralarındakı münasibətləri,
dövlət haqqındakı düşüncələrini gördüyü kimi təsvir edir, çünki naturalizmin
şərtlərinə görə, yazıçı faktlara istinad etməli, həyatı, insanları olduğu kimi
göstərməli, onların düşüncələri üzərində dəyişiklik etməməli, ağıllını,
ciddini, dürüstü olduğu kimi, əyyaşı, qadın düşkününü, həyatı yalanlar üzərinə
qurulan insanı da olduğu kimi oxucularına təqdim etməlidir. Emil Zolya bu
silsilə romanlarında naturalizmin qanunlarında kənara çıxmamışdır.– Ümumiyyətlə, tənqidçilər
naturalizmin öncülü sayılan Zolyanın məhz bu əsərdə təmsil etdiyi cərəyanı
bütün təfərrüatı ilə göstərdiyini deyirlər, bu qənaətlə razısınızmı?
– Romanın maraqlı məqamlarından biri
qəhrəmanlarda baş verən çevrilmədir. Əsərin əvvəlindən sonuna qədər obrazlarda
inanılmaz dəyişilmə baş verir ki, güman edirəm bunu yazıçının xüsusi qurğusu
kimi təqdim etmək olar...Əsərin əsas qəhrəmanı, baş qəhrəman Jervezadır, bu mənim şəxsi fikrimdir, mən onda bir dəyişiklik görmədim. Lantye də heç dəyişilmədi, sadəcə, hələ Parisə gəlmədən ehtirasını soyutmaq üçün sevginin nə olduğunu anlamayan 14 yaşlı Jervezaya təcavüz edərkən ilk baxışda sevən gənc örtüyünə büründü. Parisə gəldiyində içində 3-5 əşyası olan sandığını alaraq başqa qadına guya aşiq olur, onunla yaşayır.
Bir az Kupoda çevrilmə görünməkdədir. O əvvəlcə namuslu bir işçi idi, içki içməz, alın təriylə pul qazanırdı. Jervezanı zorla yola gətirdi, onu həqiqətən sevdiyinə inandırdı, damdan yıxılmaq, uzun sürə evdə qalıb Jervezanın qazandığını yemək onu dəyişdirdi, içkiyə qurşandı...
– Bildiyiniz kimi "Ruqon-Makkarlar”
silsiləsində eyni qəhrəmanları bir neçə romanda görmək mümkündür. Amma
maraqlıdır ki, bu oxucunu yormur, əksinə onu daha da cəzb edir. Konkret olaraq
"Meyxana”nın üç qəhrəmanı – Jervezanın övladları digər romanların baş
qəhrəmanlarıdır. Zolya qəhrəmanlarını niyə oxucuya unutdurmaq istəmir?
– Bu üsul
E.Zolyaya məxsusdur. Əslində, gözəl bir metoddur. Yazıçılar bir-birinin yolu
ilə getsələr, əsərlər eyni fabrikdən çıxan əşya kimi bir-birlərinə bənzəyərlər.
E.Zolyanın bu ədəbi üsulunu bəyənirəm. İnsan doğulur, yaşayır və ölür. Zolya
həm ədəbiyyatçı, həm tarixçi, həm də jurnalist, publisistdir. Baxın, onun
"Meyxana”dakı qəhrəmanı Jervezadır. Yazıçı Jervezanın əxlaqının pozulmasının
əsasını onun anasında görür. Sonra Nana gəlir, Nana Jervezanın qanını daşıyır.
Bələcə, qəhrəmanlar əsərdən əsərə keçərək yaşayırlar. Yazıçı qəhrəmanlarını
göstərək o dönəmin Fransanın, Parisin sosial, ictimai, siyasi həyatını bizə
göstərir. Təbii ki, başqa-başqa yazıçıların romanlarındakı kimi də edə bilərdi.
Jerveza "Meyxana” romanında ölərdi, Nana və digər qəhrəmanlar sağ qalardı. Bir
başqa romanda başqa hadisələr, başa qəhrəmanlar olurdu. Hər yazıçının
özünəməxsus üslubu vardır. Bu da Emil Zolya üslubudur. – Əsərdə fəhlə sinfinin bəlaları aşkarcasına
göstərilsə də, bəzi tənqidçilər müəllifin əsl hədəfinin aşağı təbəqənin
səfaləti deyil, Fransanın o zamankı hakimiyyəti olduğunu deyirlər... Burdan
bələ çıxmırmı ki, Zolya da tənqid etdiyi burjualar kimi xalqdan istifadə edir?
– Əvvəlcə
M.Qorkinin fikrinə nəzər salaq. M.Qorki "Ruqonlar və Makkarlar” silsiləsini
oxumuş, çox bəyənmişdir. Yazır ki, E.Zolya İkinci İmperiyanın tarixini
qeyri-adi dərəcədə gözəl təsvir etmişdir. O, lazım olan şeylərin hamısını:
maliyyə fırıldaqçılarını, din xadimlərini, sənətkarların həyatını, ümumilikdə,
XIX əsrdə qələbə çalan, sonra qələbə çələngi boynunda çürüməyə başlayan
burjuaziyanın qəsbkarlıq epopeyasını və uçurumlarını çox gözəl bilirdi.
E.Zolyanın bu əsərlərində həm fəhlə sinfinin səfaləti var, həm də xalqın qanını
soran burjuaziya var. Bunlar hər dövrdə olmuş və olacaqdır. Dünyada elə bir
siyasi quruluş olmamışdır ki, hər kəs ya acından ölsün, ya da hər kəs zəngin
olsun. Baxın, N.Gəncəvinin "Yeddi gözəl” əsərində Bəhram şah xalqı firavanlıq
içində yaşatdı və sonra peşman oldu. Yaxud Sovet quruluşu. Hər kəsə eyni maaş
verilsə də, yenə kasıb da, varlı da vardı. E.Zolya özündən sonra gələn Mopassan
kimi qarşılarına məqsəd qoymuşdular: Xalqın qanını soran burjuaziyaya qarşı
mübarizə aparsınlar. Amma bunu siyasi yolla edə bilməzdilər. Burjuaziya və
səfalət içində yaşayan xalqı ayrı-ayrılıqda təsvir etmək olmaz. Bunu elə
düşünmək olmaz ki, yazıçı romanlardakı ac-yalavac xalqdan istifadə edərək
burjuaziyanı tənqid edir və onlardan qisas alır. Xeyr, mən elə düşünmürəm.
Bunlar bir birlərinə bağlıdır. Kasıb çalışır, az əməkhaqqı alır, varlı onun
haqqını mənimsəyir. İkisinin də haqqında yazılacaq, gerçək nədirsə, oxuyucuya
çatdırılacaq. Zolya və Mopassan mütərəqqi fikirlərini romanlardakı ideyaları
ilə həyata keçirmək istəyirdilər. Əgər desək ki, nail olmadılar, doğru olmaz.
Bugünkü Fransa və Paris Jervezanın yaşadığı Fransa, Paris deyil, bunu etiraf
etmək lazımdır. – Bütün bu acı gerçəkliklərlə yanaşı, əsərdə
platonik, saf sevgi də müşahidə olunur. Romanda ilk baxışda sezilməyən daha
hansı insani duyğuları görmək mümkündür?
– Doğrudur,
əsərdəki acı gerçəklərlə yanaşı platonik, saf sevgi vardır. Belə olmasaydı əsər
bu qədər sevilməzdi. Lantye 14 yaşlı Jervezaya təcavüz edir, bir az keçdikdən sonra
Jerveza onu əsl sevgi ilə sevməyə başlayır. Hətta Lantye onu atıb başqa qadına
aşiq olarkən Jerveza dəli olmaq dərəcəsinə gəlir. Kupo həqiqətən Jervezaya aşiq
olur, Lantyedən sonra kimsəyə aşiq olmayacağını deyən Jerveza, Kupo ilə sakit
həyat yaşamağa başlayır. Bir başqa yeniyetmə subay bir gəncin Jervezaya aşiq
olması romanı oxuyan insanların içində bir sevgi tumurcuğu yaradır. İki kişinin
zülmü altında əzilən Jerveza ürəyində onu dəlicəsinə sevən o gənc oğlana gözəl
duyğuları olsa da, onları ürəyində basdırır və onunla qaçıb getmək istəmir.
Amma o gənc, onu ürəkdən sevirdi. Başqa insani duyğulardan danışarkən,
camaşırxana sahibi yaşlı bir qadının Jervezaya bir ana münasibəti diqqətimizi
çəkməkdədir. Romanda az da olsa, təmiz qəlbli insanlar var.– Yazıçının romanda qabartdığı problemlər
təəssüf ki, bu gün də var. Bu, müəllifin digər romanlarında da müşahidə olunur.
Sizcə bu, Zolyanı klassiklər siyahısının ön sıralarında saxlayan səbəblərdən
ola bilərmi?
– Emil Zolya
adını dünya ədəbiyyatına qızıl hərflərlə yazdıran bir yazıçı olmaqla bərabər,
həm də əbədiyaşar, dünyəvi bir yazıçıdır. Onun əsərlərindəki ideyaların hər
dövrə uyğun gəlməsi, müasir olması E.Zolyanı dünya klassikləri sırasındakı
yerini müəyyənləşdirib.– Bu günün oxucusu və ya gənc tədqiqatçısı
"Meyxana” romanına niyə müraciət etsin?
– Dünya
ədəbiyyatında ötən əsrin 30-cu illərdə "Müqayisəli ədəbiyyat” adlı elm sahəsi
meydana çıxdı. Bu əsərdəki mövzular, qəhrəmanlar, xüsusilə, bu gün qadınlara və
kiçik uşaqlara fiziki, cinsi, sözlü şiddətin olduğu dönəmdə bu əsər
incələnməli, bugünkü romanlarla müqayisə edilməlidir. Bu gün hər ölkədən ali və
orta təhsil almış gənclər, dünyada iqtisadi böhran səbəbiylə işsizlik ordusu
yaratmışdır. Bunun nəticəsində də işsiz qalan insanlar hər yola düşə bilərlər.
Bu gənclər bu romanlarda öz talelərini başqa formada görürlər. Çünki bu gün
içkiyə meyl artmış, oğurluq, əxlaqsızlıq var. İntiharlar artmışdır. Jerveza da
ac idi, ölmək istəyirdi, öz ayaqları ilə tabuta girmək istəyirdi, ölənlərə
həsəd aparırdı. Təbii ki, biz demirik ki, gənclər bu əsəri oxuyub ruh
düşkünlüyünə qapılsınlar. Hər bir əsərdə insanları doğru yola yönəldən ideya,
fikir var. İnsanları, dünyanı tanımaq, başqa ölkələrin mədəniyyətini öyrənmək
üçün oxumalıdırlar. – Əsərdə xüsusi diqqətinizi çəkən, məqam,
detal, dialoq hansıdır?
– Əsərdə o qədər
önəmli məqamlar var ki, heç bilmirəm hansından başlayım. Jervezanın həyatının
hər anı bir roman, bir faciədir. Lantye onu yoldan çıxardığında, Jerveza
tərtəmiz qız uşağı idi. Jerveza onun necə bir adam olduğunu bilir və bunu
əsərdə gözəl ifadə edir: "Biz evli deyilik. Mən heç nəyimi gizlətmirəm. Lantye
onun arvadı olmaq istənəcək qədər yaxşı bir kişi deyil. Ah, bu uşaqlar
olmasaydı. İlk uşağımız dünyaya gəldiyi zaman 14 yaşında idim, Lantye 18
yaşında. İkinci uşağımız 4 il sonra oldu. Ata evində xoşbəxt deyildim. Ögey
atam hər gün döyürdü məni. Belə olduqda insan könül əyləndirmək istəyir. Ailəm
razı olsaydı, evlənirdik. Ailəm istəmədi Lantyeni”. O dövr Fransa üçün 14 yaşlı
qız uşağının hər tərəfdən təhlükə içində olması sıradan hadisə idi. Lantyenin Jervezanı tərk etməsi xəbərini analarına uşaqları gətirir. O gün Jerveza camaşırxanada paltar yuyurdu. Lantyenin yanına getdiyi qadının bacısı Vircinya da burada idi. Uşaqlar analarına atalarının sandığını götürüb getdiyini dedikdə Jerveza dəli kimi olur. Bir də Lantye getmədən öncə Jervezadan pul istəyir, yazıq qadın şalını, köynəklərini lombarda qoyub pulunu Lantyeyə verir, o da bu pulla maşın tutub içində əşyaları olan sandığını yeni sevgilisinin evinə götürür. Bu hadisə sadəcə, Jervezanı deyil, əsəri oxuyan oxucunu da dəli vəziyyətə salır.
Əsərdə qadının
qadına şiddətini görməkdəyik. Lantyenin yəni sevgilisi Adelanın bacısı Vircinya
ilə davada, Vircinya həm Jervezanı təhqir edir, həm də döyür: "Lantye səni bic
uşaqlarınla buraxdı. Biri bir jandarmadan oldu, Parisə gələrkən 3 dənə də abort
etdin. Bunları Lantye söylədi bizə”. İndi düşünmək lazımdır ki, qadın qadına
həm sözlə, həm hərəkətlə şiddət edir və bu danışmaların içində Jervezanı məhv
edən Lantyenin onun haqqında başqa insanlara söylədikləridir. Əsərdə ən uyumlu,
mehriban qadın var: Madam Boş. O qadın Jervezaya ana şəfqəti göstərməkdədir.
Madam Boş Jervezanın acılarını gördükdə bunları söyləyir: "Biz qadınlar ağılsız
insanlarıq”. Madam Boşın danışmalarında odövürkü Fransada qadınların həyat
tərzini, mənəvi dünyasını öyrənirik. Madam Boşun danışığından anlaşılır ki, iki
bacı Adel və Vircinya kiçik evdə kirayədə qalırlar. Otaq iki insan üçün belə
dardır. Bir yataq var, qızlar orda yatır. Lantye də ora köçür. Deməli, yataq
artıq Adel ilə Lantyenindir. Vircinyanın yanına həftədə iki dəfə bir kişi
gəlir. Vircinya ilə o kişi harda yatacaqlar? Madam Boşun bu danışığı o dönəmki
Fransanın üzünə dəyən ən böyük, yandırıcı şillədir. O dönəmdə paytaxt Parisdə
evlərdə paltar yumağa yer yox idi. Hər kəs kirli paltarlarını camaşırxanaya
götürür, orada yuyurlar və oranın sahibinə pul verirlər. E.Zolya o zamankı
Fransa həyatını belə göstərməktədir. Əsərdə sizin dediyiniz kimi çevrilmələr
var. Kupo obrazını. Ondan geniş danışmaq olar. Jervezanı min dillə ələ alan
Kupo o gözəl, ağıllı qadının küçədə ac-yalavac ölməsinə səbəb olur. Əsərdə
diqqəti çəkən maraqlı obrazlardan biri də Goujetdir. O Jervezanın Kupodan
ayrılmasını istəyir və deyir ki, Kupo səni məhv edəcəkdir. Goujet hər zaman
Jervezaya pul verir, amma geri almır. Kupo Lantyeni evinə gətirdikdən sonra
Goujet Jervezadan ayrılır. Küçədə acından və soyuqdan ölməkdə olan Jerveza yənə
Goujetin qapısına gəlir. Bir zamanlar iki kişinin arvadı olduğuna görə
Goujet-Jervezadan soyuyan bu gənc bir dən-birə "Bu qadını özünə çəkmək, qolları
arasında tutmaq istəyir, amma Jerveza bayğın idi. Buna baxmayaraq, Jerveza
sürünərək üzərində yemək olan masaya gəldi” . Əsərin bu bölümündə bir insanlıq
faciəsini görürük. Goujet hələ də Jervezanı sevir, amma Jerveza özünü ona layiq
bilmir. Goujet onu öpmək istədikdə Jerveza ona dodaqlarını uzatsa da, Goujet
qəbul etmir, hörmət əlaməti olaraq onun saçlarından öpür.
Əsərdə ən acınacaqlı hissə Jervezanın ölüm
səhnəsidir. Yazıçı bu səhnəni təsvir etməklə bir daha Fransanın sosial
həyatını, insan ölümünün kimsənin marağında olmadığını, ölkədə zənginlərin
eyş-işrət içində olduqlarını insanlara çatdırmışdır. Əvvəldə dediyimiz kimi,
yazıçı həm insan portretini, həm təsviri gözəl yaratmaqdadır. Amma bu təsvirlər
insanın qəlbinə ox kimi batır. Yazıçı Jervezanın ömrünün son günlərindən
danışır. Yazır ki, o, son günlərdə tamamilə ac, xəstə və evsiz idi. Həyat
yoldaşı Kuponun xəstəxanadakı təqlidlərini göstərir, az pul alır, həmin dəqiqə
şəraba verib içir, küçədə divarı tutaraq gəzirdi. Blokda yaşayan kişi öldükdə
Jervezaya orada yatmaq üçün icazə verirlər. Üç gün kimsə onu görmür. Sonda
nərdivan altına baxdıqda onu ölü tapırlar. Ölüləri götürüb basdıran Bazouge
Baba gəldi, əlində kasıblar üçün olan tabutu gətirdi, filosof kimi danışmağa
başladı: Hər kəs bu yolla gedəcək. Kimsə bir-biriylə dava etməsin.
Qəbiristanlıqda hamı üçün yer var. Kimi ölmək istər, kimi yox. Bu qadın da
əvvəl ölmək istəmirdi, sonra istədi. Sonda istədiyi kimi oldu. "Qəbirqazanın bu
çıxışı bizə Şekspirin "Hamlet” əsərində buna bənzər hadisəni xatırlatdı.
Bazougə Baba Jervezanın ölüsünü qucaqlayıb yerdən qaldıranda kövrəldi, çünki bu
təmiz qəlbli, gözəl qadına uzun zaman sevgi bəsləmişdi. İndi onu bir atası kimi
tabuta uzatdı, titrək səslə: "Bax, mənə yaxşı qulaq as. Mən məşhur insanam,
qadınları ovuduram. Bax, nə qədər xoşbəxtsən, rahat yat, gözəlim”.
Bu məqam Fransa yerindən oynadan bir məqamdır.
Bu fikirlər insanlara dərs, öyüd verir. O sözlər həmin dönəmdə Fransada
insanların heç bir dəyərinin olmadığını göstərən fikirlərdir. Vacib, yeri
yerindən oynadan bir mesaj var bu sözlərdə. Bu sözləri deyən Emil Zolyadır, hər
zaman insanların haqqını qoruyan, onların halına yanan, onlara yardım etmək
istəyən Emil Zolya. Bir də insanların içində bir varlıq var ki, cənnət onun
ayaqlarının altındadır. Onlar qadınlardır – gələcəyin analarıdır. Jerveza da
ana idi, üç uşağı vardı, nə onlara analıq edə bildi, nə özünə gün ağladı. Çünki
mənəviyyatı pozulmuş insanların arasında idi. Bu insanlar ətraflarındakı pis
işləri görməmək üçün son qəpiklərini verib içkiylə dərdlərini qovub özlərini
yatırdılar. E.Zolya bu əsəri və buradakı obrazlarla bu gün də dünyaya mesaj
göndərir: İnsanlara dəyər verin, insanlara biganə qalmayın. Xüsusilə, qadınları
qoruyun. Onlar hər cür sevgiyə, hörmətə layiqdirlər.
Camaşırxanada
paltar yuyan Jervezanın yanına uşaqları gəlir və atalarının birdəfəlik
getdiyini deyirlər. O anda Jerveza səhrada qalan yalquzaq, dişi qurd kimi haray
çəkir, ulayır sanki: və sadəcə, bir sözü bir neçə dəfə təkrar edir: Allahım...
Allahım.... Allahım...Bu söz sanki
dünyada tamamilə yalnız ac-susuz qalan bir vəhşinin hayqırtısıdır. Və oxucu
düşünür: Lantye evə bir qəpik pul gətirmir, yeyir, içir, gəzir, uşaqlarını
düşünmür, Jervezanı döyür, təhqir edir, alçaldır, ayaqlar altına atır və sonda
Jervezanı əxlaqsız Adelə dəyişir. Və Jerveza belə bir insan üçün nalə çəkir,
dişi qurd kimi ulayır, "Allahım” deyir.
Məhz bu məqamda
Jervezanın dediyi "Allahım” sözünün sirrini açmaq çox çətindir. Nə üçün
Allahım? Nə üçün?..Söhbətləşdi: Fərid Hüseyn