AZE | RUS | ENG |

“Qarabağ”ın Avroliqadakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər

“Qarabağ”ın Avroliqadakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər
"Qarabağ” klubunun Avroliqanın qrup mərhələsindəki rəqibləri "Düdelanj” və APOEL sentyabrın 14-də ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
 
AZƏRTAC xəbər verir ki, Kipr çempionatında iki turun arxada qalmasına baxmayaraq, APOEL ilk oyununa çıxıb. Draqan Mixayloviç, Lukas və Andrija Pavloviçin vurduğu qolları sayəsində APOEL öz meydanında AEL komandasının məğlub edib.
 
Ağdamlıların digər rəqibi Lüksemburq təmsilçisi "Düdelanj" isə səfərdə "Xosterd" komamdasına minimal hesabla uduzub - 1:0. Beş turdan sonra hesabında 4 xal olan "Düdelanj" 11-ci yerdə qərarlaşıb.
 
"A” qrupunda yer alan "Qarabağ”ın digər rəqibi - İspaniyanın "Sevilya” komandası sentyabrın 15-də "Deportivo Alaves” komanasının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 15:00-da başalayacaq.
 
Xatırladaq ki, UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində "Qarabağ” sentyabrın 19-da Bakıda "Sevilya”nı qəbul edəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873