Qanalı “Barselona”da?
"Sassuola”nın
yarımmüdafiəçisi Kevin-Prins Boatenq karyerasını İspaniyada davam etdirə bilər.
Kaspi.az xəbər
verir ki, Boatenq "Barselona” ilə müqavilə bağlamağa yaxındır. Kataloniya
klubunun rəhbərliyi hesab edir ki, qanalı futbolçu komandanın hücum xəttinin
gücləndirilməsinə kömək edə bilər.
Məlumata görə, tərəflər
müqavilə şərtlərini müzakirə ediblər və prinsipial razılıq əldə olunub. Klublar
arasındakı razılaşmaya görə, "Barselona” Boatenqi 2 milyon avro müqabilində icarəyə götürəcək.
Futbolçunun
oyunu qənaətbəxş olarsa, 8 milyon avro ödənilərək, onun müqavilə hüququ tam
alınacaq.