• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Onu komandada qalmağa inandırmalıdırlar

24.02.20 14:30 1385
Onu komandada qalmağa inandırmalıdırlar
"Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 27-ci turunda "Everton”la keçirilən oyundan (3:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Arteta Pyer-Emerik Obameyanq haqda da danışıb. Obameyanaq bu qarşılaşmada dubl edib. Arteta onun komandada qalması üçün cəhd göstərməli olduqlarını vurğulayıb:
"Obameyanq "Arsenal”ın ən vacib futbolçusudur. O, komanda üçün əlindən gələni edir. Biz onu komandada qalmağa inandırmalıyıq.
O, komandada böyük həcmdə iş görür. Digər klubların onu transfer etmək istəyini anlayışla qarşılayıram. Obameyanq top-futbolçudur.
O, belə marağı haqq edib. Amma inanıram ki, onu "Arsenal”da qalmağa inandıra biləcəyik. Onun "Arsenal”da böyük gələcəyi var”.
banner

Oxşar Xəbərlər