Ona görə təklif almayıblar, qalacaq
Böyük ehtimalla, Pol Poqba növbəti mövsümü də "Mançester Yunayted”də
keçirəcək.
Kaspi.az xəbər verir ki, "Mnçester Yunayted” indiyə qədər Poqbaya
görə heç bir klubdan rəsmi təklif almayıb. Mətbuatda yayılan məlumatlarda
bildirilirdi ki, fransız futbolçuya "Real” maraq göstəriri.
Ancaq "kral klubu”nu futbolçunun satış qiyməti qane etməyib. "Real”
ona görə 110-130 milyon avro ödəməyi planlaşdırırdı.
Ancaq MY rəhbərliyi yarımmüdafiəçini 190 milyon avrodan aşağı satmaq
niyyətində deyil.
İngiltərədə transfer pəncərəsi avqustun 8-də bağlanır.