“Ona 10 top versək, o, bizim qapıya 11 qol vuracaq”

“Ona 10 top versək, o, bizim qapıya 11 qol vuracaq”

İdman
13 Noyabr 2019, 15:15 385
"Barselona”nın futbolçusu Lionel Messi haqda nə qədər kompliment deyilsə də, yenə də azlıq edir. 
 
Kaspi.az xəbər verir ki, bu dəfə "Leqanes”in baş məşqçisi Xavyer Aqirre argentinalı futbolçunu vəsf edib. O, Messinin qarşısını almağın mümkünsüz olduğunu vurğulayıb: 
 
"Messini necə saxlamaq olar? Qulaq asın, mən bunun yolunu bilmirəm. Çalışdırdığım heç bir komanda onun qarşısını ala bilməyib. 
 
Heyrətdəyəm. Çərimə zərbəsi onun üçün penalti kimidir. Köməkçilərimdən biri mənə dedi ki, Messi cərimə zərbəsi vurarkən sədd qurmağa ehtiyac yoxdur, çünki belə olanda qapıçının zərbəni qaytarmaq şansı daha çox olacaq. 
 
Mən isə ona dedim ki, əgər biz Messini qapıçımızla üzbəüz qoysaq və ona 10 top versək, o, bizim qapıya 11 qol vuracaq. Ona görə də, ona qarşı hər şey əhəmiyyətsizdir”.
 
"Leqanes” "Barselona” ilə noyabrın 23-də qarşılaşacaq.