Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

İdman
21 İyul 2019, 17:08 16422
Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) mübarizə aparan yunan-Roma güləşçilərimiz daha bir medal qazanıblar.
Trend-in məlumatına görə, Nihad Məmmədli (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.
Bu çəki dərəcəsində qızıl medala Belarus təmsilçisi Hleb Makaranka, gümüş medala isə gürcüstanlı Romeo Beridze sahib olublar.