AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MY-ni çalışdıra bilərmiş, həyat yoldaşı qoymayıb

MY-ni çalışdıra bilərmiş, həyat yoldaşı qoymayıb

İdman
29 İyun 2020, 12:15 248
"Liverpul”un baş məşqçisi Yurgen Klopp 2013-cü ildə "Mançester Yunayted”lə müqavilə bağlamağa yaxın olub. 
 
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "Liverpul”un sabiq futbolçusu və məşqçisi Fil Tompson verib. Kloppu ser Aleks Ferqyusonu əvəzləməyə həyat yoldaşı mane olub: 
 
"Mən Kloppdan müsahibə almışdım. Həmin vaxt o etiraf etdi ki, 2013-cü ildə MY ilə müqavilə bağlamaq istəyirmiş. 
 
Ancaq onu bu addımı atmaqdan həyat yoldaşı çəkindirib. Həyat yoldaşı Kloppa deyib ki, düzgün qərar vermirsən. 
 
Amma "Liverpul” variantı ortaya çıxanda, həyat yoldaşı bildirib ki, düzgün variant budur. 
 
Klopp "Liverpul”u 2015-ci ildən çalışdırır.