• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

Millimiz yarımfinala çıxdı

22.05.13 10:25 1573
Millimiz yarımfinala çıxdı
İtaliyanın Piza şəhərindəki “Toscana Football Cup 2013” turnirində iştirak edən 19 yaşadək futbolçulardan ibarət yığmamız yarımfinal mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, turnirdə yerli “Empoli” (3:0) və “Vareze” klubundan (2:1) olan həmyaşıdlarını yenən Arif Əsədovun yetirmələri qrup qalibi kimi adını 4 güclü komanda arasına yazdırıb.
Ancaq hələlik U-19-un yarımfinaldakı rəqibinin adına aydınlıq gəlməyib. Rəqibimiz bu gün - millimizin istirahət etdiyi günün digər matçlarının nəticəsindən asılı olaraq müəyyənləşəcək.
Qeyd edək ki, yarımfinal görüşləri mayın 24-də keçiriləcək.
banner

Oxşar Xəbərlər