• cümə axşamı, 18 aprel, 19:44
  • Baku Bakı 21°C

“Messi ilə fəxr edirik, amma Ronaldo vəhşidir, üstəlik, cadugərdir”

14.03.19 13:30 641
“Messi ilə fəxr edirik, amma Ronaldo vəhşidir, üstəlik, cadugərdir”
Argentina futbolunun əfsanəsi Dieqo Maradona "Yuventus”un futbolçusu Kriştiano Ronaldo barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ronaldonun ÇL-in 1/8 finalında "Atletiko” ilə cavab qarşılaşmasında göstərdiyi oyun Maradonanı heyrətləndirib. O, portuqaliyalı haqda danışarkən, həmyerlisi Messini də yada salıb:
"Elə futbolçular var ki, onlar sehrli çubuğa toxunublar. Bu, həqiqətdir. Biz argentinalılar Messi ilə fəxr edirik. Sevinirik ki, o, İspaniya yox, Argentina yığmasında oynaytır.
Ancaq Ronaldo vəhşidir, təmiz gücdür, üstəlik, cadugərdir. Demişdi ki, 3 qol vuracağam. Dedi və yerinə də yetirdi”.
"Yuventus” ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Atletiko”nu Ronaldonun het-triki sayəsində 3:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb.
banner

Oxşar Xəbərlər